Kobud danışığına görə qohumunu döydü
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Bakının Sabunçu rayonunda xalaoğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 13-də rayonun Balaxanı qəsəbəsində baş verib.
Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Amil həmin gün saat 21 radələrində Balaxanı qəsəbəsi, Pirhüseyn Hüseynov küçəsində xalası oğlu Sərdarın (adlar şərtidir – red.) onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən başla bir dəfə onun sol göz nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:119
Bu xəbər 06 Mart 2026 16:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları