Köç karvanı Ağdərəyə çatıb FOTO YENİLƏNİB
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Köç karvanı Ağdərəyə çatıb.
Adalet.az xəbər verir ki, Ağdərənin Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12:19
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Adalet.az xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.
Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74 nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 09 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















