Icma.az
close
up
RU
Köçaryan illər boyu Ermənistanı qarət edib Erməni jurnalistdən özəl açıqlama

Köçaryan illər boyu Ermənistanı qarət edib Erməni jurnalistdən özəl açıqlama

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryanı və oğlu Sedrakı saxlayıb.

Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb.

24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S.S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan tutub), keçmiş baş nazir A.M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın baş naziri olub), İrəvanın sabiq meri Q.B. (Qagik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.

Erməni jurnalist və blogger Natali Aleksanyan AZXEBER.COM-a açıqlamasında deyib ki, Robert Köçaryan illər boyu Ermənistan Respublikasını qarət edib: 

"Robert Köçaryan illər boyu Ermənistan Respublikasını qarət edib. Robert Köçaryan illər ərzində erməni-azərbaycanlı münasibətlərinə nifaq salan Qarabağ klanının ən mühüm nümayəndələrindən biridir. Onun hakimiyyəti illərində Ermənistan talan edildi, bir çox dövlət strukturları və aktivlər özəlləşdirildi, İrəvanın ən yaxşı əraziləri qəpik-quruşa alınaraq şəxsi bizneslərə və biznes mərkəzlərinə çevrildi”.

O qeyd edib ki, Köçaryan ailəsinin əmlakının mənşəyi ilə bağlı çox ciddi suallar mövcuddur:

"Əgər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin açıqladığı fakt və məlumatları əsas götürsək, Köçaryan ailəsinin əmlakının mənşəyi ilə bağlı çox ciddi suallar mövcuddur. Bu əmlakın əldə edilməsinin hallarına tam şəkildə araşdırılmalıdır. Əminəm ki, bu dəfə Robert Köçaryanı və oğlu Sedrak Köçaryanı belə asanlıqla buraxmayacaqlar. Çünki faktiki olaraq bütün maliyyə zənciri bu işə bağlanıb. Açığı, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onun brilyantları, qızılları və mədənləri, eləcə də bu sahədə mümkün sövdələşmələri və əlaqələri ilə bağlı məsələləri niyə hələ də tam açıqlamadığına təəccüblənirəm. Əgər bu istiqamətdə faktlar varsa, onlar da cəmiyyətə təqdim edilməli və araşdırılmalıdır”.

N. Aleksanyan deyib ki, iki xalq arasında düşmənçiliyin sonrakı nəsillərə miras qalmasına səbəb olan siyasəti normal hesab etmək olmaz: 

"Sedrak Köçaryanın iki ay müddətinə həbsdə saxlanılmasına gəlincə, düşünürəm ki, bu, daha böyük maliyyə sxemlərinin üzə çıxarılmasının yalnız başlanğıcı ola bilər. Hesab edirəm ki, bu iş çərçivəsində Köçaryanın hakimiyyəti illərində erməni və azərbaycanlı xalqları arasında düşmənçiliyin uzun illər ərzində qızışdırılması məsələsi də araşdırılmalıdır. İki xalq arasında düşmənçiliyin adi hala çevrilməsinə və sonrakı nəsillərə miras qalmasına səbəb olan siyasəti normal hesab etmək olmaz”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri