Koçaryan və Sarkisyan Ohanyan postunda ordumuzu izlədi FOTOLAR
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan parlamentinin revanşist deputatları – “Ermənistan” fraksiyasının üzvləri Zəngəzurda hərbi postlara baş çəkib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, fraksiyanın deputatları - Levon Koçaryan (keçmiş prezidenti Robet Koçaryanın oğlu), Artur Sarkisyan və Avqan Vardanyan Azərbaycanla sərhəddə erməni hərbçilərlə görüşüb.
Fraksiyanın digər deputatları Mher Melkonyan və Qarnik Danielyan isə Tavuş istiqamətində döyüş postlarına gəliblər.
Deputat Melkonyan bildirib ki, döyüş postlarından birinə Qarabağ müharibəsində ölən erməni hərbçi Armen Ohanyanın adı verilib. Erməni deputatlar Ohanyan postu adlanan mövqedə Azərbaycan ordusunun mövqelərini izləyib. Revanşist deputatların sərhədimizə gəlişi ermənilərin Azərbaycana qarşı təxribat planlarının daim aktual olduğunu göstərir.
Maraqlıdır ki, ermənilər işğal dövründə Qarabağda Ohanyan səddini keçilməz qala hesab edirdilər, lakin ordumuz 44 gün ərzində bütün sədləri və maneələri darmadağın edərək, torpaqlarımızı azad etdi. İndi Azərbaycanla sərhəddə döyüş postlarından birinə Ohanyan adının verilməsi ermənilərin nostalgiya yaşadığını göstərir.
Asif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















