Koçaryanın işi üzrə keçmiş prokuror İstintaq Komitəsini tərk edib
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın işi üzrə keçmiş prokuror Petros Petrosyan İstintaq Komitəsinin Əmlak cinayətlərinin araşdırılması üzrə İdarənin rəisi vəzifəsindən gedib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, məmur vəkillik fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu bildirib.
Petrosyan 2024-cü ilin yanvar ayından sözügedən idarənin rəisi olub. Bundan əvvəl o, Baş Prokurorluqda bir sıra rəhbər vəzifələrdə çalışıb.
Petrosyan 2018-2019-cu illərdə Koçaryana qarşı işdə ittihamçılardan biri olub.
Petrosyanın İstintaq Komitəsindən getməsi qurumun rəhbərinin dəyişməsindən iki ay sonra baş verib. Arqişti Kərəmyanın əvəzinə İstintaq Komitəsinə baş prokurorun keçmiş müavini Artur Poqosyan rəhbərlik edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 20 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















