Koçaryanın oğlunun həbs müddəti uzadıldı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Ermənistanın Antikorrupsiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Köçəryanın həbs müddətini uzadıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
“Məhkəmə Koçaryanın həbs müddətini iki ay uzadıb. Məhkəmə sisteminə edilən təzyiqi nəzərə alsaq, bu məqamda başqa bir şey gözləmək çətin idi”, - deyə o, jurnalistlərə bildirib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Sedrak Koçaryan 25 avqust 2026-cı il tarixəd Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. 26 avqustda isə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və eləcə də, xüsusilə külli miqdarda rüşvət alınmasında ittiham olunur.
Bu mövzuda digər xəbərlər:Koçaryanın çöküşü ANALİTİK
31 Avqust 2026 13:58
Koçaryanın “zəmanətli sülh” sərsəmləməsi
17 Mart 2026 02:46
Koçaryanın evində axtarış aparılır
25 Avqust 2026 09:10
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadıldı
09 Sentyabr 2025 17:23
Simonyan: “Koçaryanın əli qana batıb, həbs olunmalıdır”
20 May 2025 11:33
Baxış sayı:92
Bu xəbər 23 Oktyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















