Icma.az
close
up
RU
“Köçəryan Moskvada olub, Kremldə qapalı görüşlər keçirib” “Paşinyanı arxadan söyməyə alışıblar”

“Köçəryan Moskvada olub, Kremldə qapalı görüşlər keçirib” “Paşinyanı arxadan söyməyə alışıblar”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fikir vermişəm, Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu".

"AzPolitika" bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu Ermənistanın daxilində cərəyan edən siyasi prosesləri şərh edərkən yazıb.

Ekspert xatırladır ki, Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və Baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi, eyni gündə oxşar açıqlamalar Serj Sərkisyandan gəldi: "Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Nikol Paşinyana elə bunlar kimi rəqiblər lazımdır, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə ikisini də növbəti dəfə susdurub. Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Ona görə də Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından Baş nazirlə üz-üzə gəlmək istəmirlər".

Politoloq vurğulayır ki, Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib. "Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar", - E.Şahinoğlu fikirlərini yekunldırıb.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri