Icma.az
close
up
RU
Köçəryan təkadamlıq kamerada saxlanılır

Köçəryan təkadamlıq kamerada saxlanılır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan “İrəvan-Kentron” istintaq təcridxanasında təkadamlıq  kamerada saxlanılır.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə onun oğlu, müxalif “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan bildirib.

Levon Köçəryan deyib ki, avqustun 31-də – doğum günündə onun ziyarətinə gedib. Atası oğluna səhhəti barədə danışıb.

“Yaxın 20 gün əvvəl atam ürəyindən əməliyyat olunub. Bundan sonra bir ay ərzində həkim nəzarətində olmalı idi. Bütün bunlar pozuldu və müəyyən problemlər yarandı. Qalan məsələlərdə isə hər şey normaldır”, – deyə o bildirib.

Levon Köçəryan qeyd edib ki, böyük qardaşı Sedrak Köçəryan həbs olunduqdan sonra onunla görüşməyib. O, məhkəmənin qərarına əsasən Robert Köçəryanı yaxın qohumlarının ziyarət edə bildiyini, Sedrak Köçəryanı isə yalnız həyat yoldaşı və övladlarının görə biləcəyini xatırladıb.

Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi avqustun 27-də Robert Köçəryanın iki ay müddətinə həbs edildiyini açıqlayıb.

Avqustun 25-də saxlanılan keçmiş prezident səhhətinin pisləşməsi səbəbindən daha sonra xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb yaxın vaxtlarda keçirdiyi stentləmə əməliyyatından sonra səhhətində yaranan problemlər olub.

Robert Köçəryan qanunsuz əmlak əldə etmə işi üzrə ittiham olunur. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib.

İş çərçivəsində Robert Köçəryanın oğlu Sedrak Köçəryan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da dindirilməyə çağırılıb. Sedrak Köçəryan da iki ay müddətinə həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri