Köçəryan yeni müharibə istəyir Ermənistanlı deputat
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Levon Ter-Petrosyanın “Ermənistanı bu vəziyyətdən çıxarmaq lazımdır” sözünü anlamıram. Ölkədə sülh var və Ermənistanın xarici siyasəti normal məcrada inkişaf edir. Onu niyə bu vəziyyətdən çıxarmalıyıq?”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.
Deputatın sözlərinə görə, məhz Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistan Rusiyanın köləsi olub, qərarları Ermənistanın əvəzinə Rusiya qəbul edib, hətta prezident və nazirləri də o seçib: “Müttəfiqimiz müharibə vaxtı pulları əlimizdən aldı, nə silah verdi, nə də indiyədək pulumuzu qaytarıb”.
Melkonyan əlavə edib ki, Robert Köçəryan və komandası Ermənistanın daim müharibə şəraitində olmasını istəyir:
“Müharibəni qızışdırmaq, bizi İrandakı müharibəyə çəkmək istəyirlər. Məsələn, Xaçik Asryan deyir ki, 5000 adamı var, İranın yanında durmağa hazırdır. Bizi belə müharibəyə sürükləmək istəyirlər”.
Hakim partiyanın üzvü əmindir ki, bu gün Ermənistan düzgün siyasət yürüdür və artıq heç kimin köləsi olmamalıdır:
“Ölkəmizi yenidən Rusiyanın altına salmaq, quberniyaya çevirmək istəyirlər. Quberniya olmaq üçün birləşmək istəyirlər? O oliqarxlar bura gəlib film göstərirlər, onlara əmr edirlər ki, gedin o ölkəni dağıdın. Xalq küləyin haradan əsdiyini görür. Artaşatda Nikol Paşinyana mağazaya girməyə imkan vermədilər, sakitcə çıxıb getdi, amma Köçəryana sadəcə “Privet Rob” dediyi üçün Poqosu öldürdülər. Qoy birləşsinlər, hətta kənardan adam da gətirsinlər, bacarmayacaqlar. Xalq onlara səs verməyəcək. Artıq əvvəlki kimi deyil”./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Mart 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















