Köçəryandan Bakı ilə bağlı gözlənilməz açıqlama
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ermənistanın “Hayastan” blokunun baş nazirliyə namizədi, ölkənin sabiq prezidenti Robert Köçəryan Azərbaycanla münasibətlərə dair açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” portalı məlumat yayıb. Köçəryan bildirib ki, o, Bakı ilə sülhün tərəfdarıdır, lakin bu proses yalnız real və etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır.
Onun sözlərinə görə, formal razılaşmalar kifayət deyil və Ermənistanın təhlükəsizliyi konkret mexanizmlərlə təmin olunmalıdır.
Siyasətçi vurğulayıb ki, Ermənistan üçün əsas prioritet güclü ordunun formalaşdırılması, güclü siyasi rəhbərlik və etibarlı müttəfiqlərlə əməkdaşlıqdır. O qeyd edib ki, yalnız bu amillər ölkənin uzunmüddətli təhlükəsizliyini təmin edə bilər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Mart 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















