Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür.
KONKRET.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediada yayılan Robert Köçəryanın “Zvartnots” hava limanındakı görüntülərinə hüquqi qiymət verməyib.
Qurum bildirib ki, əvvəlcə videonun mənbəyinin videomüşahidə sistemi olub-olmadığı, həmin görüntülərə kimin və hansı əsaslarla çıxış əldə etdiyi müəyyənləşdirilməlidir. Bunun üçün müvafiq dövlət qurumları, o cümlədən Korrupsiyanın Qarşısının Alınması Komissiyası tərəfindən daxili xidməti araşdırma başlana bilər.
Agentlik qeyd edib ki, dövlət qulluqçuları və ya yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri barəsində xidməti araşdırma və ya intizam icraatı aparmaq onların səlahiyyətinə daxil deyil.
Bununla yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya digər qanun pozuntularına dair şübhələr yaranarsa, müraciət edən şəxslərin hüquq-mühafizə orqanlarına cinayət barədə ərizə təqdim etmək hüququ var.\\musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 İyun 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















