Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Köçəryanla Sarkisyanın Paşinyana qarşı dueli: Əliyev İrəvanı necə qazanır? TƏHLİL

Köçəryanla Sarkisyanın Paşinyana qarşı dueli: Əliyev İrəvanı necə qazanır? TƏHLİL

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli üçün keçmişdə mövcud olan danışıqlar sənədlərini ictimaiyyətə açıqlayacağını bir daha təsdiqləyib.

Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, Nikol Paşinyan bu sözləri keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın onun administrasiyasına qarşı səsləndirdiyi ittihamlara cavab olaraq deyib. Onun sözlərinə görə, sənədlər ilin sonuna kimi ictimaiyyətə açıqlanacaq.

Bundan başqa, Paşinyan diqqətə çatdırıb ki, müharibəyə son qoymaq məqsədi daşıyan bütün təkliflər əslində ipin qısaldılmasına yönəlib:

“Köçəryan və Sarkisyan ermənilərə “Lenin, Partiya, Qorbaçov” şüarı ilə hazırlanmış və reallaşdırılan ssenariyə qayıtmağı təklif edir. Keçmiş KQB agentləri Lenin, Partiya və Qorbaçov tərəfdarlarından ibarət birlik yaratmağa çalışırlar. Amma gözlənilən nəticə: 0 + 0 = 0”.

Ermənistan daxilindəki siyasi qovğanı Bakıvaxtı.az-a şərh edən analitik Aqşin Kərimov bildirib ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Baş nazir Nikol Paşinyanla distant mübahisələri Ermənistan daxilindəki çoxillik oturuşmuş işğal ənənələrinin dağılmasını sürətləndirir:

“Paşinyanla keçmiş prezidentlər arasındakı mübahisələr 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində və Azərbaycanla Ermənistanın Vaşinqtonda müqavilə bağlamaq öhdəliyi götürən sülh sazişini paraflamasından sonra baş verir.

Azərbaycanın Zəfəri ilə Ermənistan ictimai-siyasi dairələrində və elitasında yaranan travma bundan sonra İrəvanın hansı səmtdə olacağını müəyyənləşdirən aktdır. Bu prosesdə Nikol Paşinyanın daxili bombardmanlara tab gətirməsi əhəmiyyətlidir”.

A.Kərimov hesab edir ki, Azərbaycan bu etapda yeni strategiya hazırlamış ola bilər və bu, əsasən Ermənistan daxilində Bakının yüksəlişinə xidmət edən proyektdir:

“Bu proses Ermənistanı ekzistensial təhlükələrdən qorumaq baxımından Bakının İrəvan qarşısındakı yenidənqurma planı kimi başa düşülə bilər. Yəni, Baş nazir Nikol Paşinyan Azərbaycanın sülh planını, ondan irəli gələn şərtlərin icrasını  Bakının çoxqatlı imperativləri əsasında davam etdirməlidir.

Nəzərə alaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ YAP-ın 2018-ci ilin fevralın 8-də keçirilən qurultayında İrəvanı qazanmağın yol xəritəsini elan etmişdi”.

Müsahibimizin qənaətinə görə, indi Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçdiyi mürəkkəb periodda İrəvanla xarici güc mərkəzlərinin maraqlarını Bakının meyarları ilə uyğunlaşdıran strategiya yürüdür:

“Bu, İlham Əliyevin İrəvanı siyasi mənada qazanması üçün göstərdiyi çoxkombinasiyalı performasının ardından baş verən yeni hadisələrdir.

Başqa sözlə, İlham Əliyev İrəvan uğrunda İranla, Rusiya ilə və Qərblə apardığı mübarizədən effektiv nəticələr əldə etdi”.

Analitik vurğulayıb ki, bütün bunlar genişləndirilmiş və dərin məzmunlu srateji gedişlərin bəzi nəticələrini təsnif etməyə imkan yaradır:

“Birincisi, İlham Əliyev Ruben Vardanyanın həbsinə nail olmaqla, Azərbaycana qarşı təhdid mənbələrindən birini zərərləşdirməklə yanaşı, Ermənistanı təhlükəli layihədən xilas etdi. Çünki Ruben Vardanyanın hələ antiterror əməliyyatlarından öncə Azərbaycan ərazilərinə göndərilməsi onu Rusiya tərəfindən ikinci mərhələyə hazırlayırdı. Bu, Gürcüstandakı Bidzina İvanişvili ssenarisinin Ermənistana daşınması layihəsi idi və prosesdə Azərbaycan əraziləri məşq səhnəsi kimi seçilmişdi.

İkincisi, Azərbaycan İranın geosiyasi və strateji baxımdan ən zəif anlarından yüksək məharətlə istifadə edə bildi. Bakı Tehranın İrəvan üzərindəki təzyiq mexanizmlərinin immunitetini əhəmiyyətli dərəcədə aşağı saldı.

Üçüncüsü, Azərbaycan Qərbin, o cümlədən Fransanı oyundakənar vəziyyətə saldı və indi Parislə Bakı bir-birilə anlaşma rejiminə daha çox üstünlük verir.

Bunlar o deməkdir ki, İlham Əliyev İrəvanı kənar təsir dairələrindən kənarlaşdıran strategiyanın müəllifinə çevirdi. İndi isə daha geniş bir plan hazırlanır və ehtimalla bu, daha çox, İrəvan üzərindəki Rusiya təsirlərini minimallaşdırmağı hədəfləyir”. 

Aqşin Kərimov: Azərbaycanın isə Ermənistanda əsas oyunçuya çevrilməsi Köçəryan və Sarkisyanı narahat edir

A.Kərimov qeyd edib ki, Azərbaycanın məqsədi Rusiyanın Gümrüdəki 102-ci bazasının çıxarılması imkanlarını təhlil etməkdir:

“Sonrakı periodda isə bu amil Bakının Paşinyan qarşısında tələbi kimi qoyula bilər.

Bunlar ciddi geosiyasi rəqabət anıdır, lakin Azərbaycan kəşfiyyat gücünü, hərbi potensialını və geosiyasi oyunçuluğunu bir mərkəzdə birləşdirərək Ermənistanın idarətmə modelinə fokuslanmağı bacarır.

Azərbaycan dövləti Ermənistan daxilindəki hadisələri Bakının perspektiv reaksiyaları ilə tutuşdurmaq üçün sistemləşdirilmiş layihə başladır. Gümanla Ermənistan hüdudlarında Paşinyana qarşı hərəkatın qüvvətlənməsi geniş mənada Azərbaycanın gələcəkdə əldə edəcəyi uğurların qarşısını almağa yönəlib. Başqa ifadə ilə, ekslərlə Paşinyan arasında keçmişin qurcalanması Azərbaycanı Ermənistanda əsas aktor olması prosesini başlatmasına verilən əks-reaksiyadır”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın isə Ermənistanda əsas oyunçuya çevrilməsi Robert Köçəryan və Serj Sarkisyanı narahat edir, çünki Bakının onları müharibə cinayətkarı kimi mühakimə etməsinə unikal imkanlar yaranır:

“İlham Əliyevin Nikol Paşinyandan Köçəryan və Sarkisyanın Bakıya təslim etməsi tələbini səsləndirməsi burada hipotetik olaraq mümkün görünür. Ermənistandakı seçki və ondan Paşinyanın qalib ayrılmaq ehtimalı Köçəryan və Sarkisyan üzərində mühakimə aktının başladılmasına təkan verə bilər. Lakin onun necəliyi və formasına dair aydın əlamətlər birbaşa görünmür. Ola bilsin ki, geosiyasi rejimin xüsusiyyətlərindəki həssaslıqlardan dolayı bu məsələlərin açıqlanması uyğun deyil”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri