Icma.az
close
up
RU
Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? Mütəxəssis məsləhəti

Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? Mütəxəssis məsləhəti

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bir çox avtomobil sahibləri mineral motor yağının yüksəkyürüşlü və ya istifadə müddətinin başa çatmasına az qalmış mühərrikləri olan avtomobillər üçün ideal olduğunu hesab edirlər. Bəs bu həqiqətən doğrudurmu?

Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis Konstantin Ojoqin "Rossiyskaya qazeta"ya müsahibəsində mineral yağ və mühərrikin uzunmüddətli və keyfiyyətli işləməsini təmin etmək üçün onu nə ilə əvəz edə biləcəyimiz barədə danışıb.

Mütəxəssisin fikrincə, mineral yağ mahiyyət etibarilə bəzi təmizlənmə və emal mərhələsindən keçmiş neftdir. Bununla belə, onun tərkibində müxtəlif qatqılar və 1%-ə qədər kükürd ola bilər ki, bu da onun xassələrinə mənfi təsir göstərir. Belə bir sürtgü materialı ani temperatur dəyişmələri və həddindən artıq yüklənmə olmadan sabit şəraitdə işləyən sənaye avadanlıqları üçün yaxşı uyğun gəlir. Ancaq avtomobil mühərriki üçün mineral yağ lazımi etibarlılığı və qorunmanı təmin etməyəcək.

"Daimi aqressiv istismar mineral yağın yanmasına və oksidləşməsinə gətirib çıxarır. Nəticədə xoşagəlməz yanıq qoxusu, qara çöküntülər görürük ki, bu da tezliklə yüksəkməsrəfli təmirə səbəb ola bilər", - deyə Konstantin Ojoqin xəbərdarlıq edib.

Avtomobil mühərriki üçün optimal seçim sintetik yağdır. Mineral yağdan fərqli olaraq, sintetik yağ molekulyar səviyyədə bir çox emal mərhələsindən keçir. Onun tərkibinə aqressiv mühitlərə qarşı müqaviməti, sürtünmə xassələrini, sürtünən hissələri sərinlətmək və oksidləşmənin qarşısını almaq qabiliyyətini artıran xüsusi aşqarlar daxil edilir.

Sintetik yağın böyük üstünlüyü yağ dəyişmələri arasında intervalın uzanmasıdır. Standartlara görə, bu, 8-9 min kilometrdir, amma təcrübədə 10-11 mindir. Mineral yağdan fərqli olaraq, əlavə bir neçə min kilometr sintetik yağ üçün kritik deyil.

Buna görə də, avtomobil üçün motor yağı seçərkən müasir sintetik məhsullara üstünlük vermək lazımdır. Onlar mühərrikin etibarlı qorunmasını təmin edəcək, dəyişdirmələr arasındakı intervalları artıracaq və mühərriki uzun illər yaxşı vəziyyətdə saxlamağa kömək edəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri