Icma.az
close
up
RU
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu FOTOLAR

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif illərinə aid 60-dan çox əsər nümayiş olunur. Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son dönəmlərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.    
Demokrat.az xəbər verir ki, sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, pedaqoji fəaliyyətindən, unudulmaz xatirələrdən danışıblar. Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.
Daha sonra  tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, zəngin yaradıcılıq yolu keçmiş Arif Ələsgərov sənaye və qrafik dizayner, rəssam-qrafik və rəngkarlıq ustası kimi tanınır. Leninqradda V.İ. Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası) bitirdikdən sonra, 1970-ci illərdən başlayaraq Arif Ələsgərov həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda keçirilən sərgilərin daimi iştirakçısı olub. Bu gün onun əsərləri Azərbaycan və Rusiyanın muzeylərində, eləcə də  Polşa, Macarıstan, Yaponiya, Fransa, ABŞ, Böyük Britaniya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir – burada zaman sanki başqa cür axır, hər şey öz axarında, səssiz və dərin bir harmoniya içində davam edir.
Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edəcək. Bununla yanaşı, doğma Abşeronun təbiəti, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu Türkiyədə yaratdığı Kappadokiya, Trabzon kimi bölgələrdən ilhamlanmış mənzərələr də ekspozisiyanın mühüm hissəsini təşkil edir.
Sevgi mövzusu Arif Ələsgərovun palitrasında xüsusi yer tutur. “Görüş”, “Yeni evlənənlər”, “Aşiq samovarlar” kimi əsərlər bu mövzunu həm məcazi, həm də real çalarlarda təqdim edir. Həmmüəllifi olduğu “Fəhlə əlləri” və “Səadət” adlı monumental rəngkarlıq sahəsində yaradılmış mozaik pannoların fotoları isə tamaşaçıya rəssamın fərqli yaradıcılıq imkanlarını göstərir.
Ekspozisiyada yer alan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid qurama və samovarlar rəssamın xalqın milli ruhunu ifadə edən əsərləri ilə xüsusi ahəng yaradır. 
Arif Ələsgərovun məşhur tabloları sırasında olan “Pəhləvan” əsərinin həm ənənəvi, həm də vizuallaşdırılmış təqdimatda-animasiya formasında nümayişi sərginin digər maraqlı hissələrindəndir.
Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.














Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see206

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see188

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see169

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see141

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see140

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see138

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see135

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see134

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see133

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see132

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see125

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see123

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see122

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see119

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see119

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri