Icma.az
close
up
RU
Köhnə binalara təzə ömür: Bəzəmək, yoxsa sökmək?

Köhnə binalara təzə ömür: Bəzəmək, yoxsa sökmək?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Sovet dövründən qalma tikinti materialları dekarbonizasiya üçün yüksək enerji səmərəli izolyasiya ilə əvəzlənəcək.

Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb. Qeyd edilib ki, izolyasiya istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur. Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksək performanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq.

2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir. Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksək performanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaq. Təkmilləşdirilmiş izolyasiyanın istilik və soyutma enerjisinə tələbatı azaldacağı və xalis sıfır emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verəcəyi gözlənilir.

Köhnə binaların izolyasiyası hansı nəticə verə bilər və bu proses həmin evlərin qiymətlərinə təsir edəcəkmi? 

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, Sovet dövründən qalmış binaların alternativ enerji ilə təmin edilməsi və izolyasiya sistemlərinin qurulması ekoloji təhlükəsizlik prinsipləri baxımından müasir standartlara cavab verməsi üçün ilkin mərhələ kimi qiymətləndirilə bilər:

“Ancaq nəzərə alsaq ki, bu binaların əksəriyyəti öz istismar müddətini bitirib, onların konstruktiv elementləri artıq öz ömrünü yaşayıb. Düşünürəm ki, daha yaxşı variant həmin binaların yenilənməsi ola bilər. Yəni o binaların yenilənməsi eyni zamanda mənzil fondunun yenilənməsi deməkdir. Müvəqqəti dövr üçün ekoloji təmizliyin qorunması məqsədilə bu prosesin həyata keçirilməsi məqsədəmüvafiq ola bilər.

Ancaq bu prosesin həyata keçirilməsi həmin binaların yenidən pasport alması, yəni yeni binalarla bərabər tutulması demək deyil. Çünki tikinti prosesində istifadə olunan tikinti materiallarının hər biri müəyyən dövrlərdən sonra öz keyfiyyətini itirir. Bu baxımdan, köhnə binalara nə qədər izolyasiya sistemi qurulsa da, isitmə-soyurma prosesində alternativ enerji mənbələrindən istifadə edilsə də bu, həmin binaların müasir standartların tələblərinə tam cavab verməsi demək deyil. Doğrudur, ekoloji təmizlik baxımından bunun həyata keçirilməsi məqbuldur”. 

Ekspert hesab edir ki, həmin binaların məhz bu proseslərin həyata keçirildikdən sonra yeni binalara bərabər tutulması, yeni binalarla eyni keyfiyyətdə hesab olunması mümkün deyil: 

“Bu baxımdan, Nazirlər Kabinetinin qərarına uyğun olaraq daha çox yeni binalarda izolyasiya sisteminin tətbiqini, eyni zamanda soyutma-isitmə sistemlərində bərpa olunan enerjidən istifadənin tətbiq olunması məqsədəmüvafiq olar”. 

AQC sədrinin sözlərinə görə, əgər bu binaların mövcud vəziyyəti monitorinq edilsə və hazırda müasir şəhərsalma prinsiplərinə hansı səviyyədə cavab verdikləri müəyyən olunsa, bundan sonra müvafiq qərarların qəbul edilməsi daha məqsədə uyğun olar:

“Üzlüklərin dəyişməsi, kosmetik dəyişikliklərin həyata keçirilməsi bu binaların yeni binalara bərabər olması demək deyil.

Mənim mütəxəssis kimi fikrim ondan ibarətdir ki, köhnə binalar mərhələli qaydada mənzil fondundan çıxarılmalı, onlar yenisi ilə əvəz olunmalıdır. Təbii ki, bu, büdcə imkanları və şəhərsalma prinsipləri nəzərə almaqla və Bakı şəhər Baş Planı-2040 layihəsinə uyğun şəkildə həyata keçirilmək şərti ilə olmalıdır. Bir çox Avropa dövlətlərində köhnə binaların yenidən rekonstruksiya edilməsi təcrübəsi mövcuddur. Bu təcrübənin ölkəmizdə də tətbiqi təqdirəlayiqdir. Lakin daha məqsədəmüvafiq və yeni tikililərdə yeni şəhəralma prinsiplərinin tətbiqi daha uğurlu nəticələr verə bilər”. 

AQC sədri qeyd edib ki, daşınmaz əmlak bazarında qeyd edilən dəyişikliklər həyata keçirildikdən sonra həmin binalarda yerləşən mənzillərin qiymətində təbii ki, dəyişiklik baş verəcək:

“Onlar yeni tikililərdə olan mənzillərlə eyni qiymətə malik olmasa da, məhz bu yeniliklərin həyata keçirilmədiyi köhnə binalarla müqayisədə fərqli qiymətə baara təklif olunacaq.

Hazırda köhnə tikililərlə yeni tikililər arasında qiymət fərqi yerindən asılı olaraq 25-50 faiz arasındadır. Yenidən köhnə binalara xərc çəkilməsi, onların üzlüyünün dəyişdirilməsi, izolyasiya sistemində bərpaolunan enerjidən istifadə, həmçinin rekonstruksiya elementlərinin həyata keçirilməsi onların qiymətinə müsbət təsir göstərəcək. Yeniliklər tətbiq edildikdən sonra həmin binaların qiyməti köhnə binalardan yuxarı, yeni binalardan aşağı, orta həddə müəyyənləşəcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Açar sözlər: binalar Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri