Icma.az
close
up
RU
Köhnə binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Köhnə binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Bakının daşınmaz əmlak bazarında, xüsusilə köhnə tikili mənzillər seqmentində müşahidə olunan sürətli bahalaşma mərhələli şəkildə zəifləmək üzrədir. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı illərdə bu tip mənzillərin qiymətlərində artım davam etsə də, əvvəlki illərlə müqayisədə daha aşağı templə qeydə alınacaq.
Ötən gün mətbuata açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc deyib ki, Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.
O bildirib ki, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib:
"2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir".
Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir.
Görünən odur ki, köhnə tikili mənzillər bazarı artıq kəskin bahalaşma mərhələsini geridə qoyub.
Bir tərəfdən, paytaxtda yeni tikililərin sayının artması alıcı seçimlərini genişləndirir. Müasir planlaşdırma, lift, parkinq və kommunikasiya üstünlükləri olan yeni binalar köhnə tikililərlə rəqabəti gücləndirir. Nəticədə köhnə mənzillərin qiymətləri əvvəlki kimi sürətlə yüksələ bilmir.
Söhbət qiymətlərin ucuzlaşmasından getməsə də artım tempinin azalmasından gedir.
Bəs bu, ümumi mənzil bazarına, qiymətlərə necə təsir edəcək?
Mövzu barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu tendensiya çoxdan başlayıb və davam edir:
“Son 15 ildir yeni tikililər dəbə minib. Getdikcə də bunun populyarlığı artır. Əgər 2000-ci illərin əvvəllərində yeni tikililərdə mənzil almaq adətən daha imkanlı kateqoriyaya aid idisə, daha sonrakı illərdə kütləvi inşaat ona gətirib çıxardı ki, vətəndaşlar yeni binalara köçməyə başladılar. Səbəb də əsasən köhnə yaşayış fondunun aşınması ilə əlaqədardır.
 

Bu baxımdan da imkanlı, gəliri yüksək olan şəxslər yeni binalara daha çox üstünlük verdilər. Bu baxımdan getdikcə köhnə binalara maraq və tələbat azalmağa başladı. Bu tendensiya çoxdan başlayıb və davam edir. Sadəcə, 2018-ci ildən etibarən tikinti şirkətlərinə qarşı başlanmış daha sərt yanaşma, şəhərsalma normativləri, verilən icazələrin həddən artıq azalması nəticəsində bazarda qıtlıq müşahidə olunmağa başladı. Bu, hələ də davam edir”.

Onun sözlərinə görə, bazara böyük həcmli tikinti şirkətlərinin çıxması lazımdır:
“Böyük həcmdə inşaat işi başlasa, sözsüz ki, tikinti şirkətləri arasında rəqabət də artacaq. Rəqabət çox olduğu halda qiymət də stabilləşəcək. Yeni tikililərin qiymətləri köhnə yaşayış fonduna nisbətdə daha əlverişli qiymətə təklif olunacaqsa, bazarda sözsüz ki, bu tendensiya daha da aktivləşəcək. Lakin bu yaxın 3-4 il ərzində gözlənilmir”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri