Icma.az
close
up
RU
Köhnə çamadanların Ankara premyerası oldu Xəbər saytı Son xəbərlər və Hadisələr

Köhnə çamadanların Ankara premyerası oldu Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 noyabr Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən "Köhnə çamadanlar" filmi Türkiyədə nümayiş olundu.

Belə ki, noyabrın 6-da "CSO Ada"- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutdu.

Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD - Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, "Qazi" Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, "Çinar" Qadınlar təşkilatı, "Port Baku", "Kraton clinik" və digər təşkilatların dəstəyi ilə reallaşdı.

"Qadın, sülh, zəfər" adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənirdi.

Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başladı.

Türkiyənin dövlət və parlament təmsilçiləri, sənət, mədəniyyyət xadimləri, eləcə də orada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri iştirak etdiyi mərasimdə "Köhnə çamadanlar" filmi haqqında geniş məlumat verildi.

Bildirildi ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən, Zəfərdən sonra qısa zamanda (2021) istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib.

Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb.

Vurğulandı ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən "Köhnə çamadanlar" tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.

"RS Production"un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.

Mərasimdə çıxış edən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, "Qazi" Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə Azərbaycan qardaşlığı, iki dövlər arasındakı tarixi əlaqələrə toxundular.

Azərbaycanın haqq savaşındakı mübarizəsi və tarixi zəfərindən danışdılar, qələbənin növbəti ildönümü münasibətilə xalqımızıtəbrik etdilər.

Dövlət başçısı İlham Əliyevin, güclü və müasir Azərbaycan ordusunun, mübarizə ruhunu, qələbəyə inamını bir an belə itirməyən Azərbaycan xalqının sayəsində qazanılan bu qaləbənin bütün türk dünyasını sonsuz sevincə qərq etdiyini dedilər.

Çıxışçılar bu filmin Qarabağ mübarizəsinin zəfər rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin kinematoqrafik fadəsi olduğunu dedilər, filmin rejissoru S. Haqverdiyevaya, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Anşlaqla keçən nümayişin ardınca çıxış edən filmin rejissoru S.Haqverdiyeva qəlbində Azərbaycan sevgisi ilə gecəyə qatılan Aygün Attar, Sanem Arıkan, Gürsel Baran, Mevlüt Karakaya, Serkan Bayram, Hasan Tezer və Hilmi Yaman başda olmaqla hər kəsə təşəkkürünü bildirdi, filmin hazırlanma prosesindən söz açdı.

Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olundu.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see389

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see157

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri