Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Köhnə klanın “itirilmiş Ermənistan” xülyası

Köhnə klanın “itirilmiş Ermənistan” xülyası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Сəmiyyətdə revanşist düşüncənin tərəfdarları azalır

Ermənistanın siyasi səhnəsində son illər müşahidə olunan ən mühüm proseslərdən biri 2018-ci ildən bəri formalaşmış yeni siyasi sistemlə keçmiş elitanın toqquşmasıdır. Bu qarşıdurmanın əsas simaları keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan olaraq qalır.

Onlar, sadəcə, ölkənin keçmiş liderləri deyil, həm də Ermənistanda uzun illər boyu formalaşmış “Qarabağ klanı”nın memarları, sistemin köklü dayaqları, siyasi və iqtisadi təsir mexanizmlərinin müəllifləridir. Bu gün isə həmin fiqurlar revanşist ideyalar və “əvvəlki nizamın bərpası” illüziyası ilə yaşayaraq keçmişin kölgəsindən çıxmaq istəməyən dairələrin ümid simvollarına çevriliblər.

Koçaryan–Sakisyan cütlüyünün revanşist meyilləri təkcə şəxsi ambisiyalarla izah olunmur. Onların düşüncəsində, bu, həm də “itirilmiş Ermənistan”ın geri qaytarılması planıdır. Lakin bu plan artıq reallıqla ziddiyyət təşkil edir. Müasir Ermənistan cəmiyyəti, xüsusilə gənc nəsil 2018-ci ildəki “məxməri inqilab”la köhnə klan sisteminə qarşı siyasi etirazını açıq şəkildə ifadə etdi. Lakin Koçaryan və Sarkisyan hələ də “keçmiş Ermənistan”ın mümkün bərpasına inanır və bu məqsədlə cəmiyyət daxilində sosial qütbləşməni dərinləşdirməyə çalışırlar. Onların revanşist ritorikası təkcə daxili siyasi sabitliyə deyil, həm də regionda sülh və təhlükəsizlik prosesinə açıq təhdiddir.

Ən diqqətçəkən məqam odur ki, bu cütlük hələ də Qarabağ mövzusunu əllərində siyasi alət kimi saxlamağa çalışır. Keçmiş illərdə olduğu kimi, indi də “Qarabağ erməniləri” məsələsini manipulyasiya vasitəsinə çevirərək, öz tərəfdarlarını səfərbər etmək üçün cəhdlər göstərirlər. Bəzi hallarda erməni kilsəsi bu prosesdə onların ideoloji dayağı rolunu oynayır. Kilsə strukturları vasitəsilə “milli kimlik”, “torpaq müqəddəsliyi” kimi romantik, lakin gerçəklikdən uzaq anlayışlar cəmiyyətə yeridilir. Halbuki bu ritorika Ermənistanı regionda təcrid vəziyyətinə salan əsas amillərdən biridir. Ölkənin keçmiş prezidenti Serj Sarkisyan bildirib ki, “katolikos bundan sonra da millətin və kilsənin maraqlarını qətiyyətlə müdafiə edəcək”. Hayların üçüncü prezidentinin fikrincə, hakimiyyətin kilsəyə qarşı hücumları, əksinə, onu daha da gücləndirir.

Serj Sarkisyan baş nazir Nikol Paşinyanın katolikos II Qaregin və digər dini liderlərə yönəlmiş ittihamları ilə bağlı jurnalistlərin suallarını belə cavablandırıb: “Psixi sağlamlıq problemi olan, kin dolu biri və ya düşmənin əmrlərini yerinə yetirən kimsə kilsəyə qarşı mübarizəyə başlaya bilər. Amma hamımız bilirik ki, təqib kilsəni yalnız möhkəmləndirir".

Bəllidir ki, Koçaryan–Sarkisyan tandemi ölkənin hazırkı baş naziri Nikol Paşinyanla kilsə arasında gedən mübarizədən istifadə etməyə çalışır. Erməni Apostol Kilsəsi artıq bir neçə müddətdir ki, Nikol Paşinyanın əleyhinə siyasət yürüdür. Xüsusilə son aylarda baş nazirin sosial şəbəkələrdə yüksək rütbəli ruhaniləri tənqid edən sərt bəyanatlarından sonra kilsə, sözün əsl mənasında, hakimiyyətlə əks-cəbhədə dayanıb. Paşinyan isə Ermənistanda din amilinin ön planda olmasına baxmayaraq, saxtakar və korrupsioner kilsə ilə sona qədər mübarizə aparmaq niyyətindədir. Oktyabrın 22-də Nikol Paşinyan parlamentdə tarixi abidə statusuna malik olan və pulsuz istifadə üçün Erməni Apostol Kilsəsinə verilmiş bəzi kilsə və monastırları kilsədən müsadirə etməklə hədələyib. Onun fikrincə, bu kilsələrdə mənəvi həyat yoxdur və onlar intriqaların və müxtəlif siyasi sxemlərin meydanına çevrilib. Bu açıqlamanın ardınca situasiyadan faydalanmağa çalışan Serj Sarkisyan özünü yenə jurnalistlərin qarşısına atıb. O bildirib ki, hazırkı rejimin nə müqəddəsliyi, nə ədaləti, nə də ləyaqəti var. Sarkisyan əlavə edib ki, o, istənilən şəraitdə Erməni Apostol Kilsəsini və onun rəhbərlərini dəstəkləyir. “Patriarx həzrətlərinin bir çağırışı ilə biz Ermənistanın hər yerində, hər hansı bir kilsədə ayağa qalxmağa hazırıq,” – Serj Sarkisyan vurğulayıb. Yəni “ekslər” hazırkı hakimiyyəti devirmək üçün kilsə kartından istifadə etməyə girişiblər. Kilsə isə öz növbəsində “qazan-qazan” prinsipinə inanaraq Koçaryan–Sarkisyan cütlüyünün gələcək seçkilərdə qələbəsini dəstəkləməklə ölkədə yenidən status-kvonu bərpa etmək istəyir. İndiki mövcud vəziyyət onu deməyə əsas verir ki, Ermənistanda kilsə Koçaryan–Sarkisyan tandemini “13-cü həvari”, Paşinyanı isə xəyanət simvolu hesab etdikləri, İsanı həbs etməyə gələnlərə satan İuda İskariot obrazında görür.

***

Koçaryan və Sarkisyan üçün Qarabağ məsələsi heç vaxt sırf milli maraq mövzusu olmayıb. Bu, həm də onların hakimiyyətlərini legitimləşdirmək, siyasi mövqelərini möhkəmləndirmək və cəmiyyəti qorxu üzərindən idarə etmək üçün vasitə olub. Həmin sistemin nəticəsində Ermənistan 30 il boyunca regionda nə iqtisadi inteqrasiyaya qoşula, nə də dayanıqlı sülh mühiti yarada bildi. Məhz bu səbəbdən Paşinyan hökumətinin hazırkı kursu – sülh, tranzit və diplomatik əlaqələrin yaradılması və inkişafı xətti – keçmiş rejimin bütün arqumentlərini iflasa uğradır. Bu reallıq isə Koçaryan–Sarkisyan çevrəsini daha da aqressivləşdirir.

Onların siyasi ritorikasında “məğlubiyyətin qisası” ideyası əsas yer tutur. Revanşist qruplar, xüsusən də Koçaryan tərəfdarları ictimai rəydə Paşinyan hökumətinə qarşı inamsızlıq yaratmağa çalışırlar. Lakin bu iddialar artıq Ermənistanın cəmiyyətində, sosial bazasında əvvəlki kimi dəstək tapmır. Çünki müharibənin nəticələrindən sonra erməni cəmiyyəti real vəziyyəti dərk edib – “Qarabağ məsələsinin hərbi yolla həlli” konsepsiyası bitib və yeni çağ sülh diplomatiyasının dövrüdür.

Revanşist dairələrin ən təhlükəli xüsusiyyəti ondan ibarətdir ki, onlar təkcə ideoloji deyil, həm də iqtisadi resurslara söykənən şəbəkədir. Koçaryan dövründə formalaşan oliqarxik sistemin qalıqları hələ də mediada, biznesdə və kilsə strukturunda öz təsirini saxlayır. Bu səbəbdən Ermənistan daxilindəki revanşizm potensialı siyasi mənada zəifləsə də, hələ tam məhv edilməyib. Onlar müxtəlif təbliğat kanalları vasitəsilə cəmiyyətdə nostalji hissləri oyatmağa çalışırlar: “Keçmişdə güclü idik”, “indi uduzuruq” kimi populist tezislər revanşist ideologiyanın əsas sütunlarına çevrilib.

Bununla belə, Ermənistan cəmiyyətində bu düşüncənin yeri tədricən daralır. Yeni nəsil daha çox real rifah, təhlükəsizlik və sülh amillərinə üstünlük verir. Revanşist ideyalar isə artıq ölkəni beynəlxalq arenada təcridə aparan, iqtisadi əlaqələrini zəiflədən və regionda sabitliyə mane olan yük kimi qəbul olunur. Bu düşüncənin tam təmizlənməsi üçün üç əsas mexanizm vacibdir: şəffaf seçkilər, keçmiş korrupsioner rejimlərin hesabatlılığı və region ölkələri ilə sülh şəraitində açıq iqtisadi əlaqələrin qurulması.

Beləliklə, Koçaryan–Sarkisyan amili Ermənistanın siyasi həyatında gələcək üçün sınaqdır. Bu amilin zəifləməsi Ermənistanın postmüharibə dövründə sülhə, inkişaf və inteqrasiyaya doğru yönəlməsi üçün əsas şərtlərdəndir. Əks halda revanşist illüziyalar nəinki Ermənistanı yenidən xaosa sürükləyə, hətta regionda formalaşmaqda olan yeni geosiyasi sabitliyi də təhlükə altına qoya bilər.

Ermənistan bu gün yol ayrıcındadır: ya Koçaryan–Sarkisyan dövrünün köhnə revanşist ruhuna qayıdacaq, ya da sülh, diplomatiya və reallıqlar üzərində qurulan yeni siyasi mədəniyyət formalaşdıracaq. Reallıq isə budur ki, artıq regionda revanşizmə yer yoxdur. Vaxt irəliləyir, tarix dəyişir, lakin Koçaryan və Sarkisyan kimi fiqurlar hələ də keçmişin illüziyası ilə yaşayırlar. Bu illüziyaya qapılanların hamısının yuxudan oyanması real Ermənistan üçün həyati məsələyə çevrilir.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri