Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Köhnə “notda” yeni “mahnı”

Köhnə “notda” yeni “mahnı”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Paşinyan beynəlxalq aləmin gözünə kül üfürür

Ermənistan baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tirana şəhərində azərbaycanlı jurnalistin Ermənistan konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı sualını cavablandırarkən yenə də əsas hədəfdən yayınıb. Azərbaycanın haqlı olaraq gözlədiyi cavabı vermək əvəzinə, növbəti uydurmanı həll variantı kimi irəli sürüb və bununla da beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib. 

Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi regionda dayanıqlı sülhün əldə olunması üçün başlıca şərtdir.  Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə istinad edir. Lakin ikibaşlı oyun aparılması rəsmi İrəvanın bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qeyri-səmimi olduğunu təsdiqləyir. Əgər Ermənistan həqiqətən səmimidirsə, o zaman konstitusiyasından və digər qanunlardakı ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmalıdır. Amma Paşinyan deyir ki, Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur və iddia edir ki, mövcud konstitusiya sülh sazişinin imzalanmasına maneə yaratmır. Bildirir ki, Ermənistan konstitusiya məhkəməsi mövcud konstitusiyaya əsaslanaraq, ölkəmizin qonşulara qarşı ərazi iddiasının olmadığı qərarını verib. Bu, artıq hüquqi cəhətdən təsdiq edilmiş faktdır. 

Baş nazirin Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması tamamilə əsassızdır. Görünür, Paşinyan yenə köhnə oyunu davam etdirmək fikrindədir. Konstitusiya dəyişdirilmədən sülh sazişinin imzalanmasını istəyir. Halbuki, Paşinyanın verdiyi “zəmanət” kifayət qədər mübahisəlidir. Gələcəkdə hər hansı bir hakimiyyət dəyişikliyi olarsa o zaman hansı mövqe sərgilənəcək, müəyyən deyil. Eyni zamanda, məlumdur ki, Nikol Paşinyanın dialoqa və münasibətlərin normallaşmasına hazır olması barədə fikirləri İrəvanın atdığı real addımlarla uyğun gəlmir. Bölgədə dialoq qurmaq səylərinə təkcə Ermənistanın özündə gedən daxili siyasi proseslər deyil, həm də erməni diasporunun müqaviməti, həmçinin Paşinyan administrasiyasının sülh və sabitlik məsələsində konkret addımlarının olmaması da təsir edir. 

Erməni baş nazir ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı da konkret cavablandırmır. Əvəzində bildirir ki, Azərbaycanın təklif elədiyi Minsk qrupunun buraxılması şərti ilə razıdır. Amma “əmin olmaq istəyirik ki, Azərbaycanın istəyi bu münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil”.

Bir həll yolu da təklif edir ki, ilkin olaraq sülh sazişi imzalansın və bundan sonra hər iki ölkə ATƏT-in Minsk qrupunun buraxılması üçün əlaqədar qurumlara müraciət etsin. Yəni eyni yerdə, eyni zamanda. Əsaslandırır ki, bu, regionumuzda qarşılıqlı etimadın və sabitliyin çox mühüm jesti olacaq. 

Aydın görünür ki, burada da qaranlıq məqamlar var. Yəni Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir.

Digər bir məqam isə Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi məsələsidir və bu da faydasız cəhddir. Çünki Azərbaycan Konstitusiyasında Ermənistan ərazisinə heç bir iddia yoxdur. 

Mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” ­kafedrasının müəllimi Yunis Xəlilov XQ-yə bildirdi ki, suverenliyimiz, konstitusiya quruluşumuz bərpa olunduqdan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa səy göstərir: “Sülh müqaviləsinin imzalanması prosesinə mane olan əsas problem isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Bu səbəbdən məlumdur ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Y.Xəlilov vurğuladı ki, dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə müraciət edib: “Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik bəyannaməsinin preambulasında “­Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam  etdirməkdədir. Dəfələrlə Ermənistanın xarici işlər nazirliyi bəyanat yayaraq, guya, heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası olmadığını açıqlamışdı. Rəsmi İrəvan iddia edib ki,  Ermənistanın konstitusiyası və ona dəyişikliklər ölkənin daxili işidir.

Rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur. Amma gec-tez buna getməyə məcburdur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı layihənin 2026-cı ilə qədər hazırlanması barədə tapşırığı da bunun göstəricisidir”.

Ekspert Ermənistanın, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olması ilə bağlı fikirlərinə də münasibət bildirib: “Bunu onunla əsaslandırmağa çalışırlar ki, Konstitusiyamızda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumuriyyətinin hüquqi varisi olduğu təsbit olunub. Xüsusi olaraq bunu da vurğulayaq ki, Ermənistan tərəfinin bu iddiası hüquqi baxımdan əsassızdır və beynəlxalq hüquq normalarına uyğun deyil. Azərbaycan Konstitusiyasında ­AXC-nin hüquqi varisi olması yalnız tarixi və hüquqi kontinuiteti, yəni dövlətin hüquqi əsaslarla davamlılığını təsdiqləyir və heç bir halda Ermənistan ərazilərinə qarşı iddia kimi şərh edilə bilməz. Bu məsələnin hüquqi aspektlərini izah edək:

1. Hüquqi varislik nədir? Hüquqi varislik beynəlxalq hüquqda və dövlətlərin konstitusiyalarında yeni yaranan dövlətin özündən əvvəlki dövlətin hüquqi və tarixi mirasını qəbul etməsini nəzərdə tutur. Azərbaycan Respublikasının AXC-nin hüquqi varisi olduğunu bəyan etməsi yalnız bu tarixi faktı və dövlətçilik ənənəsini qorumaq məqsədi daşıyır. 2. Ərazi iddiası yoxdur. Konstitusiyamızda heç bir ifadə Ermənistan ərazisinə qarşı iddia kimi şərh edilə bilməz. 3. Ermənistan konstitusiyasındakı fərqlər. Ermənistanın konstitusiyasında “tarixi Ermənistan torpaqları” anlayışı manipulyasiya üçün geniş imkan yaradır və qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarına hüquqi çalar əlavə edir. Bu, Ermənistanın öz konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmamasının göstəricisidir”.

Sonda onu da qeyd edək ki, Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Müxtəlif bəhanələr və yanlış yanaşmalar, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri İrəvana heç bir fayda verməyəcək. Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Ermənistanın konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir.  

Azər MUSTAFAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri