Icma.az
close
up
RU
Köhnə qitədə XAOS BAŞLADI Avropanın xilas üçün bircə yolu QALIR...

Köhnə qitədə XAOS BAŞLADI Avropanın xilas üçün bircə yolu QALIR...

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar cərəyan edən proseslər Avropada böhranın dərinləşdiyindən xəbər verir. Qitə ölkələri bir tərəfdən, ABŞ Prezidenti Donald  Trampın təzyiqlərinə məruz qalır. Digər tərəfdən isə Rusiya son günlər Avropanı dronlarla təhdid edir.
 

Belə ki, Tramp Aİ-dən Rusiyaya qarşı sanksiyalarda cidid olaraq ondan neft və qaz alışını dayandırmağı tələb edir. Üstəlik qitə ölkələrinə qarşı gömrük rüsumları tətbiq edəcəyini bəyan edir. Bundan əvvəl isə, ABŞ Prezidenti NATO-nun Avropa qanadından hərbi xərcləri artırmağı tələb edib ki, onun da nəticəsində artıq əksər qitə ölkələri hərbi xərclərini ÜDM-nin 5 faizinə qaldırmağa başlayıblar. Bir sözlə, Avropa daim Trampın təzyiqləri altındadır.


Rusiya isə Polşa və Rumıniyaya PUA hücumları ilə Avropanın təhlükəsizliyinin standartlara cavab vermədiyini ortaya qoydu. Belədə hazırda “köhnə qitə”ni Rusiya ilə müharibəyə cəlb olunmaq qorxusu bürüyüb.
Baş verənlər fonunda lazımi tədbirlər görülməsə, “köhnə qitə”nin çöküşünə gətirib çıxara bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AVP sədri Fəzail Ağamalı Avropada hazırda böhran yaşansa da, onun tamamilə çökəcəyini də düşünmür. O bildirir ki, Avropa son nəticədə yaşadığı böhrandan çıxacaq:
“Avropaya qarşı hazırda iki istiqamətdə böyük təzyiqlər var. Rusiya tərifindən təzyiqlə bərabər həm də təhdidlər mövcuddur. Digər tərəfdən, ABŞ Prezidenti Trampın da Avropaya təzyiqləri güclənir. Tramp bu məsələdə kifayət qədər haqlıdır. Uzun illər boyu öz təhlükəsizliyi üçün Amerikanın çiynində oturan, ona arxayın olan Avropa yeyib və piylənib.

Özünün təhlükəsizliyinə diqqət yetirməyib, NATO Avropa qanadı kimi özünün təhlükəsizliyini unudub. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə və onun Avropaya yaxınlaşması, Polşa və Rumıniyaya dron hücumları nəhayət “köhnə qitə”ni silkələyib. Tramp haqlı olaraq deyir ki, müharibə Avropada getdiyindən Rusiyanın neft-qaz ticarətinə qarşı ilk növbədə ümumavropa səviyyəsində sanksiya tətbiq olunmalıdır. Yalnız bundan sonra Amerika Avropaya yardımçı ola bilər”.

Əsasən Şərqi Avropa böhran içindədir.
Partiya sədri qeyd edir ki, Avropanın yalnız şərqi ciddi çətinliklər içindədir:
“Düzdür, qitədə ciddi böhran yaşanır, xüsusən də hərbi sahədə. Fransada hökumət böhranı hökm sürür. Ancaq Avropa bir tək Fransadan ibarət deyil. Macarıstan və Slovakiya Rusiyaya meyl edir. Digərləri də gözünü Almaniya, Fransa, Böyük Britaniyaya dikib. Başqa Avropa ölkələri də yoxsuldur, imkanları məhduddur. Bu zaman kəsiyində Avropanın ağır anlar keçirdiyi göz önündədir.
Ancaq unutmayaq ki, müasir texnoloji imkanlara malik Avropada 500 milyon əhali yaşayır. Yəni Avropa Çin, Yaponiya, Sinqapur, Türkiyə və Cənubi Koreyanı çıxmaq şərtilə Asiya deyil. Avropanın şərqində isə problemlər, çətinliklər var. Şərqi Avropa inkişaf baxımından Mərkəzi və Qərbi Avropaya nisbətdə geri qalmağa davam edir. İndi əsas sual odur ki, Qərbi və Mərkəzi Avropa bütün qitəni düşdüyü böhrandan çıxara biləcəkmi? Bu haqda qəti fikir bildirmək çətindir”.
Son anda Amerika Avropanı xilas edəcək.
F. Ağamalı bu qənaətdədir ki, son anda ABŞ Avropanı Rusiyanın cənginə verməyəcək:

“Onu tək buraxmayacaq. Sadəcə olaraq, hazırda Tramp Avropanı ona görə sıxır ki, onlar da öz təhlükəsizlikləri yolunda hərəkətə keçsin və beləliklə də Amerikanın yükü bir qədər azalsın”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri