Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Köhnə sualtı qayıq 5,5 milyard dollarlıq ABŞ təyyarədaşıyan gəmisini batırıb : Bu necə baş verib?

Köhnə sualtı qayıq 5,5 milyard dollarlıq ABŞ təyyarədaşıyan gəmisini batırıb : Bu necə baş verib?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1960-cı illərdə hazırlanmış “Oberon” sinifli Kanada dizel-elektrik sualtı qayığı hərbi-dəniz təlimləri zamanı ABŞ-ın təyyarədaşıyan gəmi qrupunun müdafiəsini gizlicə keçərək “Dvajt D. Eyzenhauer” atom təyyarədaşıyan gəmisinə torpedo hücumunu imitasiya edib. Təlimlərin hakimi gəmini “batırılmış” elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “19FortyFive” yazıb.

Hadisə 1981-ci ildə Atlantik okeanında keçirilən beynəlxalq “Ocean Venture” hərbi-dəniz təlimləri zamanı baş verib. Kanada “Oberon” sinifli sualtı qayıqlarından birinə düşmən rolunu yerinə yetirmək və təyyarədaşıyan gəmi qrupunun müdafiəsini yararaq içəri keçməyə cəhd etmək tapşırılıb.

ABŞ-ın “Dvajt D. Eyzenhauer” təyyarədaşıyan gəmisinin ətrafında esmineslər, kreyserlər və sualtı qayıqlar fəaliyyət göstərirdi. Gəmi havadan isə göyərtə aviasiyası tərəfindən qorunurdu.

Kanada ekipajının vəzifəsi təyyarədaşıyan gəmiyə gizlicə yaxınlaşmaq və onun torpedo ilə vurulmasını imitasiya etməkdən ibarət olub.

Sualtı qayıq heyəti gəminin aşağı səs səviyyəsindən, okeanın akustik xüsusiyyətlərindən və müdafiədəki boşluqlardan istifadə edib. Onlar hidroakustik sistemlərlə təchiz edilmiş gəmilərin yanından keçməyi və havadan aşkarlanmaqdan yayınmağı bacarıblar.

Həlledici anda Kanada sualtı qayığı torpedonun buraxılmasını imitasiya edib. Təlimlərin hakimi olan ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti vəziyyəti qiymətləndirərək Amerika təyyarədaşıyan gəmisini “batmış” elan edib.

Gəmilər nə qədər baha olub?

“Oberon” sinifli sualtı qayıqlar ABŞ təyyarədaşıyan gəmilərindən xeyli ucuz olub. Onların qiyməti təxminən 80 milyon dollar təşkil edib. “Nimitz” sinifli təyyarədaşıyan gəminin müasir ekvivalent dəyəri isə təxminən 5,5 milyard dollar qiymətləndirilir.

Bununla belə, məsələ yalnız qiymətdə olmayıb. Kanada sualtı qayıq heyəti nümayiş etdirib ki, hətta nəhəng hərbi-dəniz qruplaşmasının da zəif nöqtələri ola bilər.

“Oberon”u aşkar etmək niyə çətin olub

Bu sinif sualtı qayıqlar atom mühərriki ilə təchiz edilməsə də, akkumulyator batareyaları hesabına demək olar ki, səssiz fəaliyyət göstərə bilirdi. 1980-ci illərə qədər Kanada “Oberon”ları da modernləşdirilib.

Xüsusilə onların gövdəsi hidroakustik siqnalların əks olunmasını azaldan xüsusi örtüklərlə təchiz edilib. Bundan başqa, sualtı qayıqların avtonomluğunu və aşkarlanmasının çətinliyini artıran sistemlər təkmilləşdirilib.

Bununla yanaşı, təlimlərin nəticələrini real döyüş şəraitinə tam şəkildə aid etmək olmaz. “Ocean Venture” qaydaları bəzi aşkarlama vasitələrindən istifadəni məhdudlaşdırırdı, gəmilər isə maksimal sürətlə hərəkət etmirdi. Bu da sualtı qayığın müdafiə xəttini keçməsini asanlaşdıran şərait yaradırdı.

Amerika təyyarədaşıyan gəmiləri daha əvvəl də “batırılıb”

Kanadanın uğuru unikal hadisə olmayıb. Müxtəlif hərbi təlimlər zamanı müttəfiq ölkələrin dizel-elektrik sualtı qayıqları dəfələrlə ABŞ təyyarədaşıyan gəmilərinin məhv edilməsini imitasiya etməyə nail olublar.

Oxşar ssenarilər Niderland və Avstraliya sualtı qayıq heyətləri tərəfindən də nümayiş etdirilib. 1972–2005-ci illər arasında əsasən dizel-elektrik sualtı qayıqlarının təlimlər zamanı ABŞ təyyarədaşıyan gəmilərini şərti olaraq “batırdığı” təxminən səkkiz hal məlumdur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Sentyabr 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri