Icma.az
close
up
RU
“Kokain viskidən pis deyil : Kolumbiya prezidentindən şok bəyanat

“Kokain viskidən pis deyil : Kolumbiya prezidentindən şok bəyanat

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb. 

Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qaçaqmalçılığı ilə məşhur olan kokainlə bağlı qalmaqallı açıqlama verib. Kolumbiya prezidenti uzun nitqinin bir hissəsində kokainin viskidən pis olmadığını açıq şəkildə ifadə edərək ölkədə müzakirələrə səbəb olub.

Qustavo Petro bu barədə Nazirlər Şurasının Boqotadakı prezident sarayında, “Casa de Narino”da baş tutan iclasında bildirib. Prezidentin sərəncamı ilə görüş canlı yayımlanıb.

Dövlət başçısının bu mövqeyi, şübhəsiz ki, ölkənin müxtəlif siyasi dairələrində, xüsusən də Petro hökumətinin narkotiklərlə mübarizəsi ilə bağlı şərhlər dalğasına səbəb olacaq. Çünki nə qədər qəribə olsa da, Petro administrasiyasının siyasəti böyük narkobaronların qeyri-qanuni iqtisadiyyatına hücum etməkdir.

O, həmçinin siqaretdən daha təhlükəli olan vapinqdən istifadənin də qanuni olduğunu bildirib. Daha sonra prezident kokainə keçib.

"Beləliklə, kokain Latın Amerikasında istehsal olunduğu üçün qadağan edilib. Viskidən betər olduğuna görə yox. Alimlərin təhlil etdiyi budur. Kokain viskidən pis deyil" - deyən Petro, fentanilin amerikalıları "öldürdüyünü", lakin Kolumbiyada istehsal olunmadığını qeyd edib.

O xatırladıb ki, fentanil Şimali Amerika transmilli korporasiyaları üçün əczaçılıq preparatı olub, lakin onun yüksək dərəcədə asılılıq yaratdığı üzə çıxanda qadağan edilib.

"Deməli, indi bu, meksikalıların günahıdır? Bəli, əlbəttə” - deyə Kolumbiya prezidenti ABŞ-dakı problemlərə eyham vuraraq bildirib.

Onu da qeyd edək ki, keçmiş partizan Qustavo Petro Kolumbiyadakı silahlı qruplarla sülh danışıqları aparmaq vədi ilə prezidentliyə namizəd olub. 

Ancaq indi analitiklər deyirlər ki, bu səylər Kolumbiya ilə onun ən mühüm müttəfiqi olan ABŞ arasında münasibətləri təhlükə altına sala bilər. ABŞ prezidenti Donald Trampın müttəfiqləri Petronun sülh danışıqlarını və onun kokain ticarətinə nəzarət edə bilməməsini tənqid edirlər. Ötən ay Kolumbiya prezidenti Petronun deportasiya uçuşları ilə bağlı Trampla mübahisəsi az qala iki ölkə arasında ticarət müharibəsinə səbəb olanda böhranla üzləşib.

Xanım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Fevral 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri