Kolbasa reklamına çəkilən Rasim Balayev: Kino yoxdur, məcburuq...
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kino çəkilmir, ortada normal iş yoxdur. Nə etməliyəm, oturub gözləməliyəm?"
Bu sözləri kolbasa reklamına çəkilən Xalq artisti Rasim Balayev deyib.
Sosial şəbəkələrdə, sənət adamları tərəfindən birmənalı qarşılanmayan reklam çarxı haqqında "Kulis"ə danışan Xalq artistinin sözlərinə görə, dünyanın hər yerində ulduzlar reklamlara çəkilir və beləcə, pul qazanır:
"Başa düşmədim, necə yəni, yaxşı qarşılanmayıb? Tənqid edirlər, qoy etsinlər. Əsas odur ki, mənim işimə qarışmasınlar. Reklamdır da, bütün dünya ulduzları reklama çəkilir və bundan pul qazanır. Bizdə olanda nə olar ki? Buna görə kiməsə məsləhət vermək lazım deyil. Bunun kimə nə dəxli var?"
O qeyd edib ki, reklam çarxına məcburiyyətdən çəkilib:
"Kino çəkilmir, ortada normal iş yoxdur. Nə etməliyəm, oturub gözləməliyəm? Məcburam ki, bu cür işlərlə başımı qatım. Reklama çəkilməyimin səbəbi maddiyatla da bağlı deyil. Sadəcə, kinoda istifadə edilən avadanlıqlar üçün darıxmışam. Kino da yoxdur deyə, məcburuq, reklama-zada çəkilək..."
Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər “Baba hakkı” filmi beynəlxalq uğurlarını davam etdirir "Kem bula ul Homay " - Kimdir bu Humay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















