Kolbi: Yaxın Şərqdəki münaqişə NATO koordinasiyasını tələb edə bilər
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə İran əleyhinə əməliyyatlarda NATO ölkələrinin koordinasiyasını tələb edə bilər.
Teleqraf xəbər verir ki, o, bu barədə Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı danışıb.
“Fikrimcə, vəziyyətin hansısa birləşmə və ya fəaliyyətlərin koordinasiyası formatına doğru inkişaf etməsi üçün real ehtimal mövcuddur”, - Kolbi bildirib.
Bundan əvvəl Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt bildirmişdi ki, ABŞ prezidenti Donald Trampın İspaniyanın ünvanına səsləndirdiyi təhdidlərdən sonra Madrid İran əleyhinə çıxış etməyə razılaşıb.
Lakin İspaniya Xarici İşlər Nazirliyi Ağ Evin Madridin ABŞ hərbçiləri ilə əməkdaşlıq edəcəyi barədə açıqlamasını təkzib edib.
İspaniyanın baş naziri Pedro Sançes isə Yaxın Şərqdəki vəziyyət fonunda ölkəsinin regiondakı müharibənin iştirakçısına çevrilməyəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















