Icma.az
close
up
RU
Kollegiyadan məşhur seriala ETİRAZ

Kollegiyadan məşhur seriala ETİRAZ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

​​​​​​"Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib.

Vurğulanıb ki, sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir:

“Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.

Bildiririk ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir”.

Nəzərə çatdırılıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.

“Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir”,-deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri