“Kollektor üzərində inşa edilən evlərlə bağlı kompensasiya ödənilməlidir” Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Bakının bir sıra hissələrində evləri su basması su kollektorlarının işləməsi, eyni zamanda həyət evlərinin tikintisi ilə bağlı məsələləri daha da aktuallaşdırıb. Bu istiqamətdə monitorinqlərin aparılması və kollektorların fəaliyyətinin təkmilləşdirilməsi, onların tam gücü ilə işləməsi üçün işlərin görülməsi məsələləri aktuallaşıb".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov ötən günlərdə Bakıda yağış zamanı evləri su basmasından danışarkən bildirdi.
"Paytaxt ərazisində bəzi həyət evlərinin inşası zamanı bir sıra hallarda qaydaların gözlənilməməsi müşahidə olunub və bununla bağlı da monitorinqlərin aparılması və bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Son illər iqlim dəyişikliyi səbəbindən məhz normadan artıq yağışların yağmasını müşahidə edirik. Ona görə də növbəti illərdə də belə yağışların olacağı istisna deyil. Bu kontekstdə, təbii ki, hazırlıq işlərinin davam etdirilməsi və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi vacibdir. Ona görə də xüsusən də kollektor üzərində inşa edilən evlərlə bağlı kompensasiya ödənilərək həmin evlərin köçürülməsi məqsədəuyğun olardı. Çünki nəticədə bu, növbəti dövrlərdə də kollektorların fəaliyyətinin tənzimlənməsinə və onların, xüsusən də kollektor sisteminin tam gücü ilə işləməsi üçün addımların atılmasına gətirib çıxara bilər", - deyə millət vəkili əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 07 Aprel 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















