Icma.az
close
up
RU
Kolonializmdən əziyyət çəkən ölkələrin ümid yeri...

Kolonializmdən əziyyət çəkən ölkələrin ümid yeri...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olub

2023-cü il iyulun 6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” beynəlxalq konfransda tədbir iştirakçılarının yekdil qərarı ilə Bakı Təşəbbüs Qrupu (BTQ) təsis edilib.

AZƏRTAC-ın məlumatına görə, BTQ bu 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib.

Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.

Təsadüfü deyildir ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır.

Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurulub.

Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin - FID (fransızca: Front international de decolonisation) təsis edilməsini göstərmək olar. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak ediblər. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.

2024-cü il oktyabrın 22-də BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı hesabat Komitəyə təqdim edilib. Sözügedən hesabatda təqdim edilmiş faktlara (insan hüquqların pozulması halları) əsasən BMT-nin İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin may ayında Kanakidə - Yeni Kaledoniyada baş vermiş hadisələrə dair hesabat tələb edib.

2025-ci ilin may ayında Bakı Təşəbbüs Qrupu BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumuna və İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib. Daha sonra BTQ-nin hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzəsində qeyd olunub. Bu fakt təşkilatın fəaliyyətinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və BMT sistemində tanındığını göstərən mühüm göstəricidir. Baş katibin hesabatında BTQ-nin məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də BTQ-nin beynəlxalq miqyasda etimad edilən tərəfdaş olduğunu və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynadığını bir daha təsdiqləyir. Eyni zamanda, bu istinad BTQ-nin fəaliyyətinin yalnız regional deyil, qlobal dekolonizasiya gündəliyi baxımından da əhəmiyyət daşıdığını nümayiş etdirir.

Fəaliyyətində dekolonizasiya ilə yanaşı insan hüquqlarının müxtəlif aspektlərinə xüsusi önəm verən BTQ 2026-cı il iyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Konqres binasında Qayıdış Hüququ mövzusunu müzakirəyə çıxararaq azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin beynəlxalq gündəmə daşınmasına start verib.

Təşkilat beynəlxalq qurumlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davamlı şəkildə genişləndirməkdədir. BTQ-nin təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, elm xadimləri, beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları bir araya gəlirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 İyul 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri