Icma.az
close
up
RU
Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib AZƏRTAC

Kolumbiya hökuməti Azərbaycana təşəkkür edib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 dekabr, AZƏRTAC

İki ölkə arasında mövcud olan dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib. Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib. Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub. Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırlıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.

Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s. əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbiyanın şirin su ehtiyatlarının 70%-ni təşkil edir.

Daha sonra Duitama şəhərinin “Azadlıq Meydanı”nda kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə brifinq keçirilib. Mer X.L.Borkez Azərbaycan hökuməti tərəfindən göstərilən yüksək diqqətə və maliyyə yardımına görə şəhər adından minnətdarlığını çatdırıb, ayrılan vəsaitin paramoların bərpası və mühafizəsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Səfir M.Talıbov öz növbəsində Azərbaycan və Kolumbiyanın iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən tərəflər olaraq, təkcə milli səviyyədə deyil, eləcə də beynəlxalq müstəvidə bu çağırışlara ciddi əhəmiyyət verdiyini vurğulayıb. Ölkəmizin COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsinə toxunan diplomat sözügedən tədbirin iqlim danışıqları tarixində ən uğurlu COP-lardan biri hesab olunduğunu vurğulayıb və onun yekun nəticələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Trio” təşəbbüsünün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə ayrılan maliyyə yardımı, eləcə də ölkəmizin səfirinin Duitama şəhərinə səfəri Kolumbiyanın aparıcı KİV-lərində geniş işıqlandırılıb, Kolumbiya hökumətini və parlamentini təmsil edən şəxslər bu yöndə paylaşımlar ediblər. Sosial şəbəkələrdəki aidiyyəti xəbərlər yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Yerli KİV-lərdə məsələ ilə əlaqədar dərc edilmiş bəzi məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri