Kolumbiya lideri həmvətənlərini ABŞ ni tərk etməyə ÇAĞIRDI
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də qanunsuz mühacir həyatı yaşayan kolumbiyalılar dərhal işdən çıxıb, Kolumbiya ərazisinə qayıtmalıdırlar.
"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Qustavo Petro “X” sosial şəbəkəsində paylaşım edib.
“Var-dövləti yalnız zəhmətkeş insanlar yaradır. Sosial Rifah Departamenti qeydiyyatdan keçəcək repatriantları məhsuldar kreditlərlə təmin etməyə can atacaq. Gəlin Kolumbiyada sosial zənginlik yaradaq”,- dövlət başçısı bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə gələndən Birləşmiş Ştatlarda qanunsuz miqrantlara qarşı sərt siyasət yürüdülür. Tramp administrasiyası qanunsuz miqrantların ölkə ərazisinə daxil olmasını dayandıracağını bildirib. Onun hüquq mühafizə orqanlarının bəzi səlahiyyətlərini artırmasından sonra miqrantlar artıq məhkəmə qərarı olmadan da saxlanıla, deportasiya oluna bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 31 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















