Kolumbiya ordusu narkokartel silahlılarına aviazərbələr endirib
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Hücum nəticəsində “Hitler” ləqəbli lider və onun müavini həlak olub
Kolumbiya Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində “Gulf Clan” narkokartelinin strukturlarından birinin rəhbəri məhv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro “X” sosial şəbəkə səhifəsində yazıb.
Dövlət başçısı ölkənin şimal-qərbindəki Antiokiya departamentində Seqoviyadakı narkotik kartelinin silahlı strukturlarına hücum əmri verdiyini açıqlayıb.
Hücum nəticəsində strukturun “Hitler” ləqəbli lideri və onun müavini həlak olub.
Arenales və Montefrio ərazilərində aviasiyanın iştirakı ilə hərbi əməliyyat keçirilib. Zərbə nəticəsində 9 yaraqlı məhv edilib, bir nəfər əsir götürülüb, 13 odlu silah götürülüb.
Prezident qeyd edib ki, öldürülən yaraqlılar ordunun xüsusi təyinatlılarına hücumda və Kolumbiya Humana hərəkatının regional liderlərindən birinin oğurlanmasında iştirak ediblər.
Petro orduya uğurlu əməliyyata görə təşəkkür edib və mütəşəkkil cinayətkarlıqla mübarizənin davam etdiriləcəyini vurğulayıb.

