Kolumbiya Prezidenti: ABŞ böyük bir ərazini ələ keçirməyə hazırlaşır
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəni Latın Amerikası ölkələrinin resursları və hökumətləri üzərində nəzarət vasitəsi kimi istifadə etməkdə günahlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Raketlərin buraxılmasına ehtiyac yoxdur… Onun məqsədi Şimali Amerika cəmiyyətini qeyri-qanuni narkotiklərdən qorumaqdan daha çox neftdir. ABŞ Latın Amerikasını ələ keçirmək istəyir və niyyətinə nail olmayana qədər əl çəkməyəcək,” – Petro vurğulayıb.
Kolumbiya lideri Ər-Riyada keçirilən qlobal forum çərçivəsində ABŞ-ın Karib hövzəsindəki hərbi zərbələrini kəskin tənqid edib, bu hərəkətləri absurd, qeyri-qanuni və kokainin ələ keçirilməsində səmərəsiz adlandırıb.
O, həmçinin narkotiklərlə bağlı təhlükəyə diqqət çəkib:
“Fentanil kokaindən daha böyük təhlükə yaradır. Lakin ABŞ yalnız kokainə diqqət yetirir, çünki bu, Latın Amerikası hökumətlərinə nəzarət üçün bir vasitədir, fentanil isə regionda istehsal olunmur”.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2025 06:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















