Kolumbiya Prezidenti: Cənubi Amerika ölkəsini heç Hitler də vurmamışdı
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kolumbiya Prezidenti Qustavo Petro ölkənin ictimai və təhlükəsizlik qüvvələrinin rəhbərlərinə sərt xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, o, ABŞ bayrağını Kolumbiya dövlət bayrağından üstün tutan istənilən komandirin dərhal vəzifəsindən azad ediləcəyini bildirib.
Petro vurğulayıb ki, bu cür davranış qəbuledilməzdir və milli suverenlik prinsiplərinə ziddir.
Dövlət başçısı həmçinin xarici təzyiq və ölkənin daxili işlərinə müdaxilə barədə sərt danışıb. O, əhalinin əhəmiyyətli bir hissəsinin dəstəyindən istifadə edən bir liderin nüfuzunu təhqir etmək və ya zəiflətmək cəhdlərinin cəmiyyət tərəfindən qəti cavabla qarşılanacağını bildirib.
“Mənim hərbi təcrübəm yoxdur, amma müharibənin nə olduğunu və strategiyanın necə qurulduğunu başa düşürəm. ABŞ tarixdə Cənubi Amerika ölkələrinin paytaxtlarına zərbə endirən ilk güc olub. Nə Netanyahu, nə Hitler, nə Franko, nə də Salazar bunu heç vaxt etməyiblər. Bu, region xalqlarının unutmayacağı çətin bir tarixi fəsildir".
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Yanvar 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















