Kolumbiya prezidenti fevralın 3 də Vaşinqtona səfər edəcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Kolumbiya prezidenti Qustavo Petro fevralın 3-də ABŞ-yə səfər edəcək və ikitərəfli münasibətləri müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşəcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Petro planlarını kabinet iclası zamanı açıqlayıb.
O, görüşün iki liderin ötən həftə telefon danışığı sayəsində mümkün olduğunu söyləyib.
Kolumbiya prezidenti Trampla iki ölkə arasındakı münasibətlərdəki gərginliyi, xüsusən də narkotik qaçaqmalçılığı ilə bağlı məsələləri müzakirə edəcəyini bildirib.
Petro əvvəllər Trampın onu Ağ Evdə görüşə dəvət etdiyini, lakin həmin vaxt heç bir tarix təyin olunmadığını bildirmişdi. Tramp fevralın ilk həftəsində Kolumbiya prezidentini qəbul edəcəyini demişdi.
Tramp və Petro arasında münasibətlər son aylarda gərginləşib. Kolumbiya lideri tez-tez amerikalı həmkarının hərəkətlərini tənqid edib. Tramp da öz növbəsində Petronu Kolumbiyadan ABŞ-yə narkotik tədarükündə faktiki iştirakda ittiham edib.
Venesuela prezidenti Nikolas Maduronun Karakasda həbsindən sonra Tramp xəbərdarlıq edib ki, Kolumbiya prezidenti də ehtiyatlı olmalıdır.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















