Icma.az
close
up
RU
Kolumbiya sahillərində 1708 ci ildə batmış gəmidəki xəzinənin təfərrüatı açıqlanıb

Kolumbiya sahillərində 1708 ci ildə batmış gəmidəki xəzinənin təfərrüatı açıqlanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 iyun, AZƏRTAC

Kolumbiya sahillərində xəzinə daşıyan əfsanəvi ispan gəmisinin qalıqları tapılıb. 1708-ci ildə batmış bu gəminin ətrafında tapılan qızıl sikkələr haqqında yeni təfərrüat açıqlanıb.

“Müqəddəs Qreyl” adlandırılan San-Xose gəmisi 1708-ci ildə Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən Kartaxena yaxınlığında batırılıb və gəmidəki təxminən 600 ekipaj üzvünün əksəriyyəti həlak olub. Onun göyərtəsində milyardlarla dollar dəyərində qızıl, gümüş, qiymətli daşların olduğuna inanılırdı.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar gəminin qalıqları ətrafında tapılan mürəkkəb dizaynlı qızıl sikkələri təhlil edərək belə bir qənaətə gəliblər ki, onlar həqiqətən də əfsanəvi San-Xoseyə aiddir. “Antiquity” jurnalında dərc edilən yeni araşdırmaya görə, sikkələrin ön tərəfində qalalar, aslanlar və xaçlar, arxa tərəfində isə okean dalğalarının üstündəki “Taclı Herakl sütunları” təsvir edilib.

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri və tədqiqatçılar uzaqdan idarə olunan nəqliyyat vasitələri (ROV) tərəfindən çəkilmiş şəkilləri tədqiq ediblər. Onlar gəminin batdığı yerin ətrafına təxminən 2000 fut (təxminən 610 metr) dərinlikdə səpələnmiş onlarla sikkə tapıblar. Tədqiqatın müəllifləri dəniz dibindəki sikkələrin dəqiq sayını müəyyən etməyin çətin olduğunu bildiriblər. Lakin ROV-lərdən yüksəkkeyfiyyətli şəkillərin təhlili göstərib ki, hər bir sikkənin diametri orta hesabla 32,5 millimetr, çəkisi isə təxminən 27 qramdır.

Bəzi sikkələrdə tədqiqatçılar PVA hərflərini ayırd edə biliblər; onlar latın devizi “Plus Ultra” və ya “Daha çox” mənasını verir. Tədqiqat müəlliflərinin fikrincə, bu söz sikkələrin üzərində ispan monarxiyasının Atlantik okeanında genişlənməsini ifadə etmək üçün işlədilib. Sikkələrin nominalını və zərb olunma tarixini (1707) göstərən rəqəmləri də görmək mümkün olub. Alimlər qeyd edirlər ki, bu dövrə aid sikkələr çox vaxt qızıl və ya gümüş külçələrdən kəsilirdi.

Keçən ilin avqustunda Kolumbiya səlahiyyətliləri uzaqdan idarə olunan aparat vasitəsilə batmış gəmini tədqiq ediblər və lövbər, küplər, şüşə butulkalar da daxil olmaqla müxtəlif artefaktlar aşkara çıxarılıb.

Həmin vaxt Kolumbiya hökuməti bir çox uzaqdan idarə olunan aparatdan istifadə edərək ölkənin Karib dənizi sahillərində batan gəmidən bu xəzinəni çıxarmağa başlayacağını açıqlamışdı. Gəmi 2015-ci ildə kəşf edilib, lakin onu potensial xəzinə ovçularından qorumaq üçün dəqiq yeri gizli saxlanılıb. Onun göyərtəsində Cənubi Amerikadan İspaniyaya göndərilən tonlarla qızıl və zümrüd dolu sandıqların olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri