Kolumbiyada zədəli futbolçu qol vuraraq komandasını çempion etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Futbol üzrə Kolumbiya çempionatında maraqlı anlar yaşanıb.
Oxu.Az Sports.ru saytına istinadla xəbər verir ki, "Santa-Fe" komandasının futbolçusu Uqo Rodalyeqa oyun zamanı zədələnib və göz yaşları içərisində meydançanı tərk etməyə hazır olub.
Lakin komanda yoldaşları 39 yaşlı Rodalyeqanı matçı yarımçıq dayandırmamağa razı salıblar.
Bu da öz bəhrəsini verib. Belə ki, axsayan futbolçu bir neçə saniyədən sonra komandasının qələbə topunu vurub.
Rodalyeqanın qolu "Santa-Fe"yə Aperturada (fevral-iyun aylarında keçirilən mövsümün ilk, yaz turniri. İyuldan dekabr ayına qədər davam edən mövsümün ikinci turniri Finalizasyon adlanır) finalda qalib gəlməyə və 2016-cı ildən bəri ilk dəfə çempion olmağa imkan verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 İyun 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















