Kolumbiyali futbolçu “Beşiktaş”a QAYIDIR
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Atletiko Paranaense" "Beşiktaş"dan icarəyə götürdüyü Elan Rikardo ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, Braziliya klubu kolumbiyalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "RTI Esporte" məlumat yayıb.
B Seriyası təmsilçisi Rikardo üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq.
Klub həmçinin, 21 yaşlı oyunçunu icarə müddətinin bitməsinə 6 ay qalmış, yəni yanvar ayında göndərəcək. Gənc oyunçu qış fasiləsində "Beşiktaş"a qayıdacaq.
Qeyd edək ki, "Atletiko Paranaense" Elan Rikardonu bu ilin avqust ayında icarəyə götürüb.
Futbolçu komandanın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Məşhur futbolçu Beşiktaş a keçə bilər
07 Sentyabr 2025 16:00
Bu futbolçu Beşiktaş a lazım deyil
12 Aprel 2026 19:00
Niderlandlı futbolçu Ernest Poku Beşiktaş a keçir
25 Avqust 2026 19:12
A Seriyası futbolçusu Beşiktaş a keçir
29 Yanvar 2026 20:07
Benzema Beşiktaş a GƏLİR?
31 Yanvar 2026 23:18
Baxış sayı:198
Bu xəbər 11 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















