“Kolumbus Kru”dan Nərimanla bağlı bağlı KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Amerikanın MLS liqasında çıxış edən “Kolumbus Kru” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin transferini rəsmən elan edib.
KONKRET.az xəbər verir ki, Ohayo ştatının Kolumbus şəhərini təmsil edən klub 21 yaşlı forvardla 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.
Məlumata görə, gənc futbolçu ilk mövsümdə 1 milyon dollar qazanacaq. Növbəti illərdə isə onun maaşının artacağı bildirilir. Bu keçid həm maliyyə, həm də idman baxımından Azərbaycan futbolu üçün diqqətçəkən hadisə hesab olunur.
Nəriman Axundzadə son mövsümlərdə Qarabağ FK forması ilə həm Premyer Liqada, həm də avrokuboklarda məhsuldar çıxışı ilə seçilirdi. Onun MLS-ə transferi “Qarabağ”ın yetirmələrinin beynəlxalq bazarda maraq doğurduğunu bir daha göstərdi.
Qeyd edək ki, “Kolumbus Kru” ABŞ-nin ən köklü klublarından biri sayılır və gənc futbolçulara şans verməklə tanınır. Axundzadənin uzunmüddətli müqavilə ilə komandaya cəlb olunması klubun ona ciddi ümidlər bəslədiyini göstərir.\\Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















