Icma.az
close
up
RU
Komanda yoldaşı ilə mübahisə edən Osimhen Türkiyəyə dönür?

Komanda yoldaşı ilə mübahisə edən Osimhen Türkiyəyə dönür?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi Nigeriya Afrika Millətlər Kubokunda Mozambiki 4:0 məğlub edərək 1/4 finala vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, Nigeriya yoluna inamla davam etsə də, komanda daxilində ab-hava yaxşı deyil.
Viktor Osimhenin dubl etməsinə rəğmən matçın gedişində bir neçə dəfə əlverişli mövqedə olmasına rəğmən ona topu atmayan komanda yoldaşlarına çılğın şəkildə etiraz etməsi gündəm olmuşdu. ''Qalatasaray''ın üzvünün xüsusilə hesab 3:0 olarkən Ademola Lukman ilə yaşadığı münaqişə diqqət çəkmişdi. Düzdü, onlar əlbəyaxa olmadılar. Araya ''Beşiktaş''lı Uilfrid Ndidi girərək onların hər ikisini sakitləşdirmişdi.
Bu yaşananlar Nigeriya mətbuatında və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Osimhenin tək Lukmana yox, Bruno Onyemaeçi və Akor Adamsa sərt şəkildə etiraz etdiyi görüntülərin videoları paylaşılıb. Baş məşqçi Erik Şell oyunsonrası mətbuat konfransında məsələni ört-basdır etməyə çalışmış və ''meydanda olanlar elə meydanda da qalmalıdı'' açıqlamasını vermişdi.
Bu arada Nigeriya mətbuatında yeni sürpriz iddialara ortaya atılıb. Həmin iddialara görə Osimhen Mozambiklə matçın ardından paltardəyişmə otağından ən tez çıxan futbolçu olub. Daha sonra komandanın avtobusuna minərək heç kimlə danışmayıb. Onun yanında da yolun sonuna qədər heç bir komanda yoldaşı əyləşməyib. Hətta deyilənə görə bu olay 26 yaşlı futbolçunu o qədər qəzəbləndirib ki, o, məşqçilər korpusunu və federasiya rəsmilərini ''mənim bu komanda ilə artıq işim yoxdu, mən Türkiyəyə qayıdıram'' deyərək təhdid edib. Federasiya rəsmiləri Osimheni sakitləşdirməyə çalışıblar. Ancaq çox keçmədən Nigeriya Futbol Federasiyası bu iddiaları təkzib edib.
Yığmanın administratoru və baş meneceri Dayo Enebi Açor bunları deyib:

''Düşərgədə heç bir problem yoxdu. İki qardaş futbolçu arasında yaşanan narazılıq bir neçə saat ərzində asan şəkildə yoluna qoyuldu və unuduldu. Hazırda hər şey qaydasındadı''.


Nigeriya yanvarın 10-da 1/4 finalda Əlcəzair ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri