Icma.az
close
up
RU
Komanda yoldaşını öldürən 13 yaşlı yeniyetməyə CƏZA VERİLƏCƏKMİ?

Komanda yoldaşını öldürən 13 yaşlı yeniyetməyə CƏZA VERİLƏCƏKMİ?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ötən həftə Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib. İlkin məlumata görə, 15 yaşlı yeniyetmə idmançılardan biri digərini boğaraq öldürüb.

Oxu.Az-ın əməkdaşı hadisə ilə bağlı gedişatın nə yerdə olduğunu öyrənmək üçün "Hədəf" idman klubu ilə əlaqə saxlayıb.

Klubdan verilən məlumata görə, ehtiyatsızlıqdan komanda yoldaşını öldürən yeniyetmənin 15 yox, 13 yaşı var:

"Həyatını itirən yeniyetmə də onunla yaşıddır. Hadisə güləşərkən baş verib, qəsdən olmayıb. Başqa bir məlumat bilmirəm".

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Bəs maraqlıdır, sözügedən iddia təsdiqini tapsa, yeniyetmənin, həqiqətən, ehtiyatsızlıqdan komanda yoldaşını öldürdüyü sübuta yetirilsə, onu hansı cəza gözləyir?

Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini Oxu.Az-a belə izah edib:

"Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Hərbi cinayətlər üzrə 18, bir sıra ağır cinayətlər üzrə 14 yaş müəyyən edilib. Burada görünən odur ki, hər iki yeniyetmənin 13 yaşı var. Şəxslər yetkinlik yaşına çatmış olsaydılar və hadisə ehtiyatsızlıqdan baş versəydi, "ehtiyatsızlıqdan adamöldürmə" ilə iş açılacaqdı. Hər ikisinin 13 yaşı var. 13 yaşlı yeniyetmə cinayət məsuliyyətinə cəlb olunmur.

Sadəcə, sənədləri yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya göndəriləcək. Orada yeniyetmənin valideynləri ilə söhbət aparılacaq və bir sıra tədbirlər görüləcək. Çünki o, cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmayıb. Hadisəni ehtiyatsızlıqdan törətdiyi iddia olunan yeniyetmənin 16 yaşı olsaydı, məsuliyyətə cəlb olunardı".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri