Icma.az
close
up
RU
“Komandada hansısa böhran görmürük” 6 oyunda bir qələbə, amma inamlı açıqlama

“Komandada hansısa böhran görmürük” 6 oyunda bir qələbə, amma inamlı açıqlama

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

İlk 16 turda cəmi bir məğlubiyyət yaşayan “Araz-Naxçıvan” indi həmin günlərin həsrətini çəkir.
Muxtar Respublika təmsilçisi son 6 turda cəmi bir qələbə qazanıb. Bu oyunlarda “Sabah”, “Qarabağ” və “Zirə” kimi iddialı rəqiblərinə məğlub olan “qırmızı-ağlar” “Neftçi”yə qalib gəlməklə uğursuz seriyadan yaxa qurtarsa da, “Sumqayıt” və “Kəpəz”lə qolsuz heç-heçələr üzündən azarkeşlərini yenidən təlaşa saldı.
Bəs, komandada nə baş verir? Elmar Baxşıyevin futbolçuları niyə uğurdan uzaq düşüb? Ən əsası, rəhbərlik durumu necə qiymətləndirir?
“Football-plus.az” bu sualları klubun icraçı direktoru Eldəniz Yusubova ünvanladı:

“Razıyıq ki, son oyunlarda nəticə baxımından əvvəlki kimi deyilik. Lakin oyun keyfiyyətində nəsə dəyişməyib. Müəyyən çatışmazlıqlar hiss olunsa da, rəqiblərdən geri qalmırıq. Komanda birinci və ikinci dövrədə göstərdiyi oyunu oynayır. Nəzərə almaq lazımdı ki, qış fasiləsi yeni bitib. Komandalar “transfer pəncərəsi” dövrünə heyətini gücləndirib. Həm premyer-liqada, həm də ölkə kubokunda gərgin mübarizənin içindəyik. Bu nəticələr müvəqqətidi. Futbolçuların oyundan-oyuna daha yaxşı nəticələr qazanıb hədəfə çatacağına inanırıq. Komandada hansısa böhran görmürük. Belə deyim var: oyun varsa, nəticə də olacaq. İnanırıq ki, qarşıdakı matçlarda bu məsələlər arada qalxacaq. “Araz-Naxçıvan”da əhval-ruhiyyə yüksəkdi. Hədəfə köklənmişik. Klubun ümumi fəaliyyətiylə bağlı çatışmazlıq yoxdu. Qalan məsələlər isə zamanla düzələcək. Məşqçilər korpusu lazımi təhlilləri aparır”.


Xatırladaq ki, “qırmızı-ağlar” Misli premyer-liqasının 23-cü turunda “Turan Tovuz”un qonağı olacaq. Oyun fevralın 16-sı, saat 16.00-da başlayacaq.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri