Komandalar bu gün meydana itkilərlə çıxacaq
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının XXII turunda bu gün keçiriləcək iki oyunda bəzi futbolçular iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə matça itkilərlər çıxacaq.
Naxçıvan təmsilçisində cəzalı oyunçu olmasa da, zədəlilər var. Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado bu görüşdə forma geyinməyəcək. Gəncə klubunda isə Rauf Hüseynli sarı vərəqə cəzası olduğu üçün qarşılaşmanı buraxacaq.
"Neftçi"nin də üz üzvü "Zirə" ilə oyunda meydana çıxmayacaq. Bərpa dövrünü davam etdirən Rafael Quzzo, Edvin Kuç və Andrey Ştorqrinin heyətdə olmayacağı dəqiqdir.
"Qartallar"da isə Yusuf Laval zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Araz-Naxçıvan" – "Kəpəz" matçı saat 16:00-da, "Zirə" – "Neftçi" qarşılaşması saat 19:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















