Komandaları səhv salan türkiyəli şərhçi dünya çempionatından qovuldu
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin dövlət telekanalı olan TRT "X" sosial şəbəkəsində yaydığı məlumatda idman şərhçisi Murat Ekrem Çimenin Dünya Çempionatı matçlarından kənarlaşdırıldığını elan edib.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı hadisə qrup mərhələsi çərçivəsində baş tutan və 2:2 hesabı ilə yekunlaşan İran - Yeni Zelandiya qarşılaşmasının canlı yayımı zamanı qeydə alınıb.
Çimen təxminən dörd dəqiqə ərzində komandaları səhv salaraq, bir yığmanın oyunçularını digərinin təmsilçiləri kimi təqdim edib.
Belə ki, matçın ilk dəqiqələrində İran tərəfindən həyata keçirilən hücumlar izləyicilərə Yeni Zelandiyanın həmlələri kimi çatdırılıb.
Şərhçinin bu kobud xətası Türkiyənin sosial şəbəkə seqmentində böyük ajiotaj yaradıb. İzləyicilər TRT-nin idman redaksiyasının işini kəskin tənqid edərək, yayımçı rəhbərliyindən təcili açıqlama tələb ediblər.
Baş vermiş hadisəyə reaksiya verən telekanal, rəsmi açıqlamasında bu halı yayım standartları baxımından qəbuledilməz adlandırıb və tamaşaçılardan üzr istəyib. Qurumdan bildirilib ki, xəta ilə bağlı artıq inzibati və yoxlama prosedurlarına başlanılıb. Murat Ekrem Çimen dərhal ABŞ-dəkı işindən uzaqlaşdırılıb və turnirin qalan oyunlarını şərh etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 İyun 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















