“Komandam əla iş gördü” Elmar Baxşıyev
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
“Komandam əla iş gördü”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz- Naxçıvan” komandasının baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Qol buraxsaq da, onlar bizi tək qoymadı. Sonadək dəstəklədi. Futbolçularımla qürur duyuram. Əla oyun nümayiş etdirdik. Günü-gündən daha da yaxşı oluruq. Bu matçı unudub, cavab görüşünə hazırlaşacağıq. Xarakterimizi qorumaq istəyirik. Rəqib də güclüdür”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda təşkil olunacaq.
Baxış sayı:115
Bu xəbər 24 İyul 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















