Komandamız üçün çətin qarşılaşma Qarabağ bu gün məğlub olsa...
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
News24.az xəbər verir ki, bu görüş "Qarabağ" üçün olduqca əhəmiyyətlidir. Əgər, Ağdam klubu bugünkü qarşılaşmada məğlub olsa, növbəti mərhələ şansını böyük ölçüdə itirəcək.
Buna səbəb növbəti rəqiblərin daha ciddi və "Qarabağ"ın bu mövsüm potensialından aşağı çıxış etməsidir. "Qarabağ" Avrokuboklarda son 5 görüşdə (ÇL pley-off və AL-ın Liqa mərhələsi) məğlub olub. Avropa Liqasının Liqa mərhələsində hər 3 görüşdə məğlub olan "Qarabağ" turnirin sonuncu pilləsində qərarlaşıb. "Budyo Qlimt" vəziyəti isə "Qarabağ"dan çox yaxşıdır, 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Ağdam klubu bu gün məğlub olacağı təqdirdə, ən azı 2 klub ilk "18-lik" şansını artıraraq növbəti mərhələni böyük ölçüdə həll edə bilər. Belə olduğu zaman "Qarabağ" 8 komanda ilə yox, 12-14 komanda ilə mübarizə aparmalı olacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:45-də Bododa "Aspmira" stadionunda start götürəcək.
Ağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















