Komandanı elə hazırlamaq lazımdır ki... Unai Emeri final ərəfəsində fikirlərini bölüşdü
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Avropa Liqasının sabah baş tutacaq final oyununda "Frayburq"la üz-üzə gələcək "Aston Villa"nın baş məşqçisi Unai Emeri həlledici qarşılaşma ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Finalların favoriti olmur. Detallar və nüanslar həddindən artıq çoxdur: bir qırmızı vərəqə, buraxılan və ya vurulan erkən qol hər şeyə emosional təsir edir. Komandanı elə hazırlamaq lazımdır ki, oyunçular finalı yaşasınlar, fəsadlar barədə düşünməsinlər. Futbolçular yalnız 90 dəqiqə nə edəcəklərini fikirləşməli, hətta penalti seriyasına da hazır olmalıdırlar. Bunu təcrübəmə əsasən deyirəm".
Xatırladaq ki, turnirin finalı İstanbuldakı "Tüpraş" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 May 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















