Icma.az
close
up
RU
Komandir heyəti üzvlərinə təqdim olunan sertifikatlar “Bakı KOB evi”ndə veriləcək

Komandir heyəti üzvlərinə təqdim olunan sertifikatlar “Bakı KOB evi”ndə veriləcək

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 aprel, AZƏRTAC

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) həyata keçirilən islahatların davamı olaraq dənizçilərə sertifikatların (diplomların) verilməsi prosesinin sadələşdirilməsi istiqamətində daha bir yeniliyə imza atılıb.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, gəmilərin komandir heyəti üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi prosesi cari ilin 14 aprel tarixindən etibarən “Bakı KOB evi”ndə aparılacaq.

Komandir heyəti üzvlərindən sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üçün aşağıdakı sənədlər tələb olunur.

– şəxsiyyəti təsdiq edən sənəd;

– təhsil diplomu;

– sertifikat (diplom) (əgər varsa);

– vəzifə üzrə tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;

– Agentlik tərəfindən tanınan tibb müəssisələri tərəfindən verilmiş “Dənizçinin tibb sertifikatı”;

– üzmə haqqında arayış və ya təcrübə jurnalı;

– dənizçinin qeyd kitabçası (əgər varsa);

– ümumvətəndaş pasportu və ya dövlət sərhədindən hərəkəti barədə sənəd (ehtiyac olarsa);

– 3x4 sm ölçüdə, ağ fonda, 4 ədəd rəngli fotoşəkil;

– dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

Qeyd edək ki, imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərə müvafiq sertifikatlar (diplomlar) imtahanın keçirildiyi tarixdən etibarən beş iş günü ərzində hazırlanaraq təqdim olunacaq.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən 2024-cü ilin 19 avqust tarixindən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin, 30 sentyabr tarixindən isə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) verilməsi və yenilənməsi üzrə sənəd qəbulu, cari ilin 3 mart tarixindən isə təlimlərdə iştirak etmədən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üçün sənəd qəbulu, həmçinin hazır sənədlərin təhvil verilməsi prosesi “Bakı KOB evi”ndə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri