Icma.az
close
up
RU
Kombaynlar Yardımlı zəmilərinə də çıxıb

Kombaynlar Yardımlı zəmilərinə də çıxıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur Yardımlı şəlaləsini keçəndən sonra maşın sola dönür, sonra üzüyuxarı dağlara doğru istiqamət alır. Yolun aşağısında dərin dərə boyunca Viləş çayının həzin zümzüməsi eşidilir. Magistral yoldan 7-8 kilometr aralıda səfalı dağların döşünə sığınmış Separadi, daha sonra Yolocaq kəndinə daxil oluruq. Buralar Yardımlının güney ərazisi sayılır. Günəş səxavətini əsirgəmədiyindən burada taxıl, meyvə tez yetişir. Elə taxıl biçini də rayonda ilkin olaraq Yolocaq inzibati ərazi ­dairəsinə daxil olan Teşkan, Separadi, Yolocaq və Horonu kəndlərində başlanıb.

Yolocaq kəndinin ağsaqqal, nüfuzlu ziyalısı, ömrünün 44 ilini müəllim peşəsinə həsr etmiş Təmişət Əbilovla taxıl əkdiyi “Yolaçola” adlandırılan sahədə görüşürük. Kombayn sarı sünbülləri biçdikcə ətrafa kəhrəba buğdanın ətri yayılır. Ömrünün 70-ci pilləsinə təzə çatmış Təmişət müəllim deyir: 

– Ata-babadan əkinçiliklə məşğul olmuşuq. Torpaqlarımız bərəkətlidir. Yolocağın sarı buğdası dillər əzbəri olub. İkinci Dünya müharibəsinin insanları aclıqla sınağa çəkdiyi çətin dövrdə Masallı rayonuna və qonşu kəndlərimizə taxılla kömək etmişik. 1957-ci ildə bu torpağın nemətləri keçmiş SSRİ Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş olunub. 

Sevindirici haldır ki, kəndimizdə əkinçilik ənənələri yaşayır. Ailə təsərrüfatımız 2,5 hektarda “Əzəmət” sortlu buğda, 0,9 hektarda vələmir yetişdirib. Lerikin Ağçay kəndinə yaxın torpaqlarımız daha məhsuldardır, həmin ərazidə 0,7 hektardan 3 tona yaxın məhsul götürmüşük. Bu il taxıl ilidir, təxminən, 5 tona yaxın buğdamız olacaq. Ailəmizin illik ruzisi artıqlaması ilə çıxır. Buğdanın 500 kiloqramını toxum, 2 tonunu ailəmizin ehtiyacı üçün, qalan hissəsini qohuma, dosta, ehtiyacı olana verir, toyuq-cücənin dəni üçün saxlayırıq. Kəndimizdə qədimdən qalma daş dəyirmanı, qonşu Lerik rayonunun Şingədulan və Cəlilabadın Ləkin kəndində müasir tipli dəyirmanlar var. Yay aylarında buğdanı həmin dəyirmanlarda üyüdüb qışa hazırlıq görürük. 

Kombaynçı Vüqar bunkerin dolduğunu, yük maşınına yaxınlaşmağı işarə edir və məhsul maşına boşaldılır. Biz isə kəndin bacarıqlı, işgüzar fermerlərindən olan Əlövsət Şirməmmədova yaxınlaşırıq. Taxılı dəmyə şəraitində yetişdiririk, – deyə o, söhbətə başlayır. Yazda yağıntıların düşməsi biçini gecikdirsə də, taxılın inkişafına, məhsuldarlığına müsbət təsiri oldu. 

Keçən illə müqayisədə məhsul boldur. Təzəcə biçdiyim 1 hektardan 4 ton buğda götürdüm. Bizim ­camaatın ruzisi torpaqdan çıxır. Hərdən deyirik ki, taxıl olmasa batdıq, qəndi, çayı da arpanın, buğdanın hesabına alırıq. Kiloqramını bazarda 35-40 qəpiyə satıb ehtiyaclarımızı ödəyirik. Kəndimizdə şum traktoru, kombayn olsa, əkin sahələrini genişləndirə, məhsul istehsalını artıra bilərik.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Yolocaq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Əsgərov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev və “Aqroservic” ASC-nin Masallı-Yardımlı rayonları üzrə bölmə rəhbəri Hikmət Xəlilov da biçinin başlanması ilə əlaqədar Yolocaq əkinçilərinin yanındadırlar. 

İcra nümayəndəsi Xaqani Əsgərov deyir ki, hazırda kənddə 75 ailə təsərrüfatı var. Əhalinin sayı 800 nəfərə yaxındır. Kənddə taxıl əkməyən ailə tapmaq çətindir. Ərazidə keçən illə müqayisədə taxıl əkinləri 220 hektardan 300 hektara çatdırılıb. Təkcə Yolocaq kəndində 140 hektarda buğda yetişdirilib. Biçin sürətlə gedir, itkiyə yol verilmir. Elə fermerlər var ki, hektardan 3-3,5 ton məhsul götürüb. Yaxın günlərdə biçin başa çatacaq.

“Aqroservic” ASC-nin Masallı-Yardımlı rayonları üzrə bölmə rəhbəri Hikmət Xəlilov isə bildirir ki, aran ərazidə məhsul tez yetişdiyindən taxıl biçini Masallı rayonunda başa çatıb. Bütün qüvvələr Yardımlıda taxılın optimal müddətdə və itkisiz yığılmasına səfərbər olunub. Hazırda rayonda 22 kombayn biçinə cəlb edilib, bunlardan 5-i çətin dağlıq şəraitdə işləyən “NEW ­HOLLAND” markalı yeni nəsil kombaynlardır. Texnikanın 8-i aqroservisə, qalanları sahibkarlara məxsusdur. 

Qeyd edim ki, taxıl biçini qısa vaxt tələb edir və məhsul zamanında yığılmadıqda itkilərin olması labüddür. Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə taxılın yetişmə dövrü nəzərə alınaraq rayonun aran, dagətəyi və dağlıq ərazilərində kombaynların mərhələli şəkildə dislokasiyası təşkil edilib. Mövcud texnikanın dislokasiya planına uyğun işləməsinə, biçinin keyfiyyətlə aparılmasına və biçilən ərazilərin hesablanmasına operativ nəzarət olunur.

Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev təcrübəli təsərrüfatçıdır, uzun illərdir ki, rayonda aqrar sahəyə rəhbərlik etdiyindən fermer təsərrüfatlarının vəziyyətini, ehtiyaclarını, çətinliklərini yaxşı bilir. O, taxılçılığın ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynadığını vurğulayaraq rayonda taxılçılığın perspektivləri barədə söhbət açdı: 

– Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədə dövlətimizin başçısı qarşıya konkret vəzifələr qoydu. Möhtərəm Prezidentimiz nitqində qeyd etdi ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik, idxalı azaltmalıyıq. 

Yardımlı əkinçilik sahəsində zəngin ənənələri olan rayondur. Son illər taxılçılığın intensiv inkişafı istiqamətində mühüm addımlar atılıb. Rayonun 53-55 kəndi taxılçılıqla məşğul olur. Keçən il 2 min 585 hektarda taxıl əkilib. Bunun 2 min 194 hektarı buğda, 391 hektarı arpa təşkil edib. Sahələrdən 6 min 491 ton taxıl, o cümlədən 5 min 709 ton buğda və 782 ton arpa yığılıb. Orta məhsuldarlıq 2,51 ton olub. 

Cari ilin məhsulu üçün əkin sahələri 985 hektar artırılaraq 3 min 570 hektara çatdırılıb. Bunun da 3 min 77 hektarında buğda, 493 hektarında arpa və 658 hektarında vələmir əkilib. İndiyə kimi 1700 hektar taxıl, o cümlədən 1500 hektar buğda, 200 hektar arpa sahəsi biçilib. Buğda sahələrində hələlik məhsuldarlıq 2,5-2,7 ton, arpa sahələrində isə 2 tondur. Yaxşı aqrotexniki qulluq göstərildiyindən Arus, Sırıq, Ji və Zevin kəndlərində məhsuldarlıq 3,5-4,5 tondur. 

Biçində problemimiz yoxdur, – deyə Şahlar Əliyev söhbətini davam etdirir. Yeni müasir kombaynlar çətin relyefə malik ərazilərdə normal işləyir, taxılı itkisiz yığırlar. Açığını deyim ki, əvvəllər köhnə ­kombaynlar həmin ərazilərə çıxa bilmədiyi üçün sahələr əkilmir, torpaqlar istifadəsiz qalırdı. Son dövrdə rayonun ən çətin dağlıq və dağətəyi ərazilərində əkin aparılır, ərzaq bolluğunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. 

Yeri gəlmişkən, taxılçıları narahat edən çətinliklərdən də söz açmaq istəyirik. Bəzi gübrələrin baha olması üzündən əkinçilər həmin gübrələri ala bilmir və aqrotexniki tədbirlər icrasız qalır. Şum və biçin işlərinin hazırkı qiymətləri taxılçıları qane etmir. Məhsul istehsalçıları üçün qiymətlərin əlçatanlığı təmin edilməlidir. Rayonlaşdırılmış reproduktiv toxumlara, şum traktorlarına, müasir nəsil kombaynlara tələbat daha böyükdür. 

Taxılçılıq əhalini çörək və çörək məmulatları ilə təmin etməklə yanaşı, heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də mühüm rol oynayır. Yardımlı fermerləri dövlətin dəstəyindən yararlanaraq taxılçılığın inkişafına, məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılmasına, ölkəmizin ərzaq təhlükəsizliyinə layiqli töhfələr verməyə çalışırlar. 

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri