Icma.az
close
up
RU
Kombi dövrü başa çatır: Bəs evləri necə isidəcəyik? KONKRET

Kombi dövrü başa çatır: Bəs evləri necə isidəcəyik? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakıda yeni tikilən binalarda fərdi kombi sistemlərinin yerini mərkəzləşdirilmiş istilik sistemləri əvəz edəcək”

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı KONKRET.az-a açıqlamasında bildirib.

Ramil Osmanlı

Ekspertin sözlərinə görə, kombi sistemləri dövrü artıq başa çatır:

“Bu, sadə səslənsə də, əslində ciddi məsələdir. Bu keçidin baş tutması üçün həm böyük zaman, həm də ciddi investisiyalar tələb olunur. Dövlət artıq bu istiqamətdə addımlar atmağa başlayıb və ‘Azəristiliktəchizat’ tərəfindən verilən məlumatlar göstərir ki, hökumət də bu məsələdə maraqlıdır.”

Ramil Osmanlı qeyd edib ki, Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməklə ekoloji standartların tətbiqinə xüsusi önəm verir:

“Bu baxımdan ekoloji cəhətdən təhlükəli olan kombi tipli fərdi istilik sistemləri tədricən sıradan çıxarılacaq və daha müasir, təmiz enerji əsaslı sistemlərə keçiləcək.”

O, bildirib ki, hazırda “Azəristiliktəchizat”ın 10 minə yaxın abonenti olsa da, bu göstərici genişlənsə, qurum rentabelli fəaliyyət göstərə bilər:

“Əgər abunəçi sayı 100 minə çatsa, bu istiqamətdə ciddi mənfəət əldə etmək mümkündür.”

Ekspertin sözlərinə görə, ilk növbədə qərar qəbul olunmalıdır ki, hansı tarixdən sonra inşa ediləcək çoxmənzilli binalar məcburi qaydada mərkəzləşdirilmiş istilik sisteminə qoşulsun:

“Bu, yalnız qərardan deyil, infrastrukturun qurulmasından da asılıdır. Bakı şəhəri üzrə mərkəzləşdirilmiş istilik sistemləri məhduddur. Əgər bu sistemlər ayrı-ayrı rayonlarda qurulsa və MTK-ların infrastrukturu da buna uyğunlaşdırılsa, proses daha sürətli həyata keçirilə bilər.”

Ramil Osmanlı əlavə edib ki, mövcud binalarda da bu sistemin tətbiqi üçün addımlar atılmalıdır:

“Düşünürəm ki, günün tələbləri bu dəyişiklikləri zəruri edir.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri