Icma.az
close
up
RU
Kombini işlətməmiş buna baxın Yoxsa qaz çox gedəcək

Kombini işlətməmiş buna baxın Yoxsa qaz çox gedəcək

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Payızın sərin günləri başlayıb. Qarşıdakı aylarda kombidən daha çox istifadə ediləcəyi üçün qış gəlməmiş istilik sistemini yoxlatdırmaq vacibdir. Vaxtında aparılmayan kiçik bir yoxlama isə qışın ortasında həm evin yaxşı isinməməsinə, həm də qaz xərcinin artmasına səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislər soyuqlar başlamazdan əvvəl kombinin və radiatorların vəziyyətinin yoxlanılmasını məsləhət görürlər.

Kombi işləsə də, ona texniki qulluq göstərilməməsi zamanla cihazın səmərəliliyini azalda bilər. Bu zaman evin lazımi temperaturda saxlanması üçün kombi daha uzun müddət işləyir və nəticədə daha çox enerji sərf olunur. Pepperoni pizza

Kombiyə qulluq niyə vacibdir?

İnternetdə kombiyə qulluqdan sonra qaz sərfiyyatının dəqiq müəyyən faiz azalacağı ilə bağlı müxtəlif məlumatlara rast gəlmək mümkündür. Lakin belə bir rəqəm bütün evlər üçün eyni ola bilməz. Qaz sərfiyyatına evin sahəsi, divar və pəncərələrin istilik izolyasiyası, çöldəki temperatur, seçilən otaq temperaturu və kombinin vəziyyəti kimi bir sıra amillər təsir edir. Bununla belə, saz vəziyyətdə olan və düzgün tənzimlənən istilik sistemi enerjinin boş yerə sərf olunmasının qarşısını almağa kömək edir.

Radiatorun bir hissəsi soyuqdursa...

Qışa hazırlaşarkən yalnız kombinin işləyib-işləmədiyini yoxlamaq kifayət deyil. Radiatorların alt hissəsinin soyuq qalması, sistemdə havanın toplanması və ya radiatorların qarşısının mebel, qalın pərdə və digər əşyalarla bağlanması istiliyin otağa yayılmasına mane olur. Bəzi hallarda radiatorun tam isinməməsi sistemdə texniki problem olduğunu göstərə bilər. Belə vəziyyətdə mütəxəssis tərəfindən yoxlama aparılması daha məqsədəuyğundur.

Ustalar həmçinin radiatorların təmizlənməsi ilə kombiyə illik texniki qulluğun eyni olmadığını bildirirlər. Hər il səbəbsiz yerə radiatorlara kimyəvi maddələrlə təmizləmə tətbiq etmək əvəzinə, əvvəlcə istiliklə bağlı problem olub-olmadığı müəyyənləşdirilməlidir.

Qaz pulunun çox gəlməməsi üçün bunlara baxın

Kombini qışın ən soyuq günlərində işə saldıqdan sonra nasazlıq aşkar etmək həm narahatlıq yaradır, həm də təmir üçün gözləməyə səbəb olur.r. Buna görə soyuqlar tam başlamamışdan əvvəl kombinin ümumi vəziyyətini yoxlatdırmaq, su təzyiqinə nəzarət etmək və radiatorların normal qızıb-qızmadığını müəyyənləşdirmək faydalıdır. Evdə otaq termostatından istifadə də temperaturun daha düzgün tənzimlənməsinə kömək edə bilər. Pəncərə və qapılardan soyuq hava daxil olursa, həmin yerlərdəki boşluqların aradan qaldırılması da istiliyin evdə daha uzun müddət qalmasına imkan verir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Sentyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri