Icma.az
close
up
RU
Kombinin donmaması üçün bunları MÜTLƏQ EDİN

Kombinin donmaması üçün bunları MÜTLƏQ EDİN

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Soyuq havalarda evlərin açıq eyvanlarında yerləşən kombi donma təhlükəsi ilə üzləşir. Ehtiyat tədbirləri görülməzsə, kombi yararsız vəziyyətə düşür.

Bəs soyuq havalarda, xüsusən də temperatur mənfi dərəcəyə düşdüyü zaman kombi və istilik sisteminin donmaması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev bildirib ki, vətəndaşlar aşağıda qeyd olunan nüanslara xüsusi diqqət etməlidir:

“Kombinin donmaması üçün ilk növbədə, kombi sistemi çəkilən zaman, onu qapaılı bir yerə qoymaq lazımdır. Qapalı məkana yerdədirsə, işıq və qaz olmadığı zaman donmanı gecikdirə bilər. Hətta qaz-işıq varsa və hava şaxtalıdırsa, onda istilik kombinin partlamağının qarşısını alır.

Deyək ki, kombi çöldədir və işlədirik. Belə olduqda isti və soyuq suyun giriş xətti donub partlaya bilər. Bunun qarşısını almaq üçün gecə soyuq suyun vintini bağlayıb, içəridə isti suyun kranını açırıq ki, həmin hissədə su qalmasın. İnsanlar bir müddət evdə olmadığı və kombini işlətmədiyi zaman kombinin altındakı vintləri bağlayıb və 4 bağlantını açıb, suyu təmiz boşaltmaq lazımdır.

Ümumiyyətlə, istilik sistemində suyu təzyiqdə qoymamalıyıq. O təzyiqi də boşaldırıq ki, evdə yaşayış olmadığı zaman radiatorlar şaxta olanda güclü təzyiq altında qalıb partlamasın. Çöldə havanın temperaturu 0-ın altında olanda və işıq-qaz olmadığı zaman mütləq şəkildə biz kombinin altını boşaltmalıyıq. Yenə də 4 ədəd vinti bağlayır, kombinin altından sistemi açıb boşaldırıq.

Sistem çəkilən vaxt kombinin girişinə əks-axın kranı qoymalıyıq. Bunu kranı qoymalıyıq ki, ən pis halda suyu boşalda bilməyəndə bunu açıb suyu boşalda bilək. Həmin vaxt soyuq suyun girişini bağlamalıyıq və içəridən sistemdəki suyu açıb boşaltmalıyıq”.

Mütəxəssis donma hallarına qarşı atapleniyalar üçün nəzərdə tutulan antifrizlərdən istifadə etməyi tövsiyə edib:

“Bəzi kombilərdə donmaya qarşı xüsusi rejim olur. Kombi işləməsə belə, işıq-qaz olduğu zaman dərəcə +5-dən aşağı düşəndə öz daxilində işə düşür və qaz yanaraq öz daxilindəki suyu isidir. Bu donmaya qarşı rejim sayılır. Amma yenə də buna arxayın olmaq olmaz. Çalışıb ümumiyyətlə işlədilməyən kombinin içərisində və ümumi xəttə təzyiqli su saxlamamaq lazımdır. Hətta soyuq suyun özündə belə, ümumi xətti bağlayıb, vinti açıb mətbəxdə və hamamda suyun təzyiqini aşağı salmalıyıq.

Bəzən xəttə antifriz də vurulur. Həmin antifriz ingibiter tərkibli olmalıdır. Yaşayış yerinin sahəsi və otaq dərəcəsinə görə antifriz vurulur. Deyək ki, su kütləsi nə qədərdisə, onun 20 faizi, bəzi yerlərdə 50 və 80 faizi antifriz olmalıdır. Amma çalışıb sırf atapleniya sistemi üçün olan antifriz istifadə etmək lazımdır. İstifadə miqdarı iləbağlı isə mühəndislərlə məsləhətləşmək lazımdır.

Antifriz düzgün tökülmədikdə, radiatorları, dövriyə nasosunu, esenjoru sıradan çıxara bilər. Bunu seçərkən çalışıb ən keyfiyyətli və yaxşısını seçmək lazımdır. Kombinin göstəricilərində antifriz vurmaq var və bu da sırf atapleniya sistemi üçün nəzərdə tutulan antifrizlərlə edilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri